Ukraynada davam edən müharibə fonunda Gürcüstan Rusiyaya şərab tədarük edən ikinci ölkə oldu. Rusiyanın “Kommersant” nəşri yazır ki, ödənişdə çətinliklərin olmaması və sadə logistika nəticəsində 2023-cü ilin yanvar-mart aylarında Gürcüstandan Rusiyaya 13,1 milyon litr şərab daxil olub ki, bu da əvvəlki illə müqayisədə 49% artım deməkdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan Rusiya bazarına 12,2 milyon litr şərab ixrac edən İspaniyanı geridə qoyub. Birinci yeri İtaliya tutur.
Rusiyanın spirtli içkilər bazarında Gürcüstanın payının artması təkcə şərablarla məhdudlaşmır. Gürcüstandan idxal edilən köpüklü şərabların miqdarı təxminən 8,5 dəfə artaraq 371,99 min litr təşkil edib. Gürcü konyak və brendinin həcmi 2,66 milyon litrə (artım 120%) çatır ki, bu da bu kateqoriya üzrə bütün idxalın demək olar ki, 60%-ni təşkil edir.
Rusiyanın spirtli içkilər bazarında liderlərdən biri olan LADOGA şirkəti gürcü şərablarının idxalını 29% artırıb. Şirkətin inkişafı üzrə direktoru Dmitri İsaçenkov “Kommersant”a müsahibəsində bildirib ki, 2022-ci ilin sonunda onlar Rusiyada bir neçə ildir ki təqdim edilməyən “Teliani” məhsullarını da daxil etməyə başlayıblar. Digər şirkət olan Luding Group-un nümayəndəsi Andrey Uşakov qeyd edir ki, köpüklü şərablar kateqoriyasında idxalda, o cümlədən “Askaneli” brendinin inkişafı hesabına idxalda kəskin artım olacaq.
Rusiyada şərab ixrac edən ölkələr arasında Gürcüstanın ikinci yerini möhkəmləndirəcəyi gözlənilir.
Gürcüstanın Milli Şərab Agentliyi yanvar-mart aylarında ixrac edilən spirtli içkilərlə bağlı statistik məlumat dərc etməyib. Sakstat məlumatlarına görə, bu müddət ərzində ölkədən təxminən 56 milyon ABŞ dolları dəyərində şərab ixrac olunub ki, bunun da 38 milyonu Rusiyaya gedib.