“Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixeil Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, kəskin etirazını bildirməyi və ondan Tbilisidə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş etməyi tapşırdım”, – Ukrayna prezidenti Volodimir Zelenski “Twitter” səhifəsində yazıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Rusiya Gürcüstan hakimiyyətinin əli ilə öldürür.
“Biz dəfələrlə rəsmi Tbilisini bu təhqiri dayandırmağa və Saakaşvilinin Ukraynaya qayıtmasına razılıq verməyə çağırmışıq. Tərəfdaşlarımız Ukrayna ilə koordinasiyada bir sıra həll yolları təklif etdilər. Mən tərəfdaşlarımızı bu vəziyyəti həll etməyə, bu insanı gözdən salınmasına yol verməməyə və xilas etməyə çağırıram. Avropada heç bir hökumətin insanı ölümlə cəzalandırmaq hüququ yoxdur, həyat əsas Avropa dəyəridir”, - Zelenski yazır.
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili fevraldan bəri ilk dəfə bu gün keçirilən məhkəmə prosesində iştirak edib. Eyni adlı 7 noyabr işi üzrə o, Tiflis Şəhər Məhkəməsində davam edən iclasda “Vivamed” klinikasından, uzaqdan iştirak edib. Onun sağlamlıq vəziyyəti ağırdır.