Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili fevral ayından bəri ilk dəfə məhkəmə prosesində iştirak edib. O, eyni adlı 7 noyabr işi üzrə Tiflis Şəhər Məhkəməsində davam edən iclasa “Vivamed” klinikasından, uzaqdan qoşulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mixeil Saakaşvilinin səsi kəsintilərlə eşidilib. O, bir neçə gün əvvəl, hökumətin il yarım ərzində ölkə daxilində və xaricdə Mixeil Saakaşvili haqqında “saxta” və “yanlış məlumat” yayan hər kəsdən üzr istəmək tələb etdiyini bəyan edən parlament sədri Şalva Papuaşviliyə müraciət edib
“Səndemə, Avropa, Avropa Parlamenti mənim azadlığımı tələb etdiyinə görə üzr istəməlidir. Mən, sözdə parlament sədrinə demək istəyirəm, məni bu vəziyyətə gətirdiyiniz üçün siz üzr istəməlisiz. Siz Avropa Parlamentinin deputatlarından, məndən, mənim ailəmdən, Ukrayna dövlətindən, onun vətəndaşının bu vəziyyətdə olmasına görə, bütün gürcülərdən, Gürcüstan dövlətinin qurucusunun bu vəziyyətə salınmasına görə üzr istəməlisiz”, - Saakaşvili bildirib və vəziyyətini göstərmək üçün köynəyi yuxarı qaldırıb.
Mixeil Saakaşvili səhhətinə görə, artıq bir ildən çoxdur ki, Xüsusi Çəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. 2023-cü ilin aprelində onun vəkilləri müvəqqəti tədbirin istifadə olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Mayın 12-də ədliyyə naziri Rati Breqadze nazirlikdə keçirdiyi brifinqdə bildirib ki, Avropa Məhkəməsi Saakaşvilini müalicə üçün Varşavaya köçürülməsindən imtina edib, eyni zamanda, dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə yerləşdirilməsi barədə göstəriş verməyib. Breqadzenin sözlərinə görə, bu, dövlətin bütün hərəkətlərinin “düzgün və insan hüquqlarının ən yüksək standartlarına uyğun” olduğuna dəalalət edir. Mixeil Saakaşvilinin vəkillərinin sözlərinə görə, bu qərar Saakaşvilinin işi üzrə yekun qərar deyil və onlar əvvəldən başa düşüblər ki, Strasburq məhkəməsi müvəqqəti tədbirdən vahid hallarda istifadə edir.
Bundan əvvəl, fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze məhbusun səhhətinə görə cəzadan bəraət etməsi və ya cəza müddətinin təxirə salınması barədə vəsatəti rədd edib. Sözügedən qərarı Tbilisi Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Saakaşvilinin azadlığa buraxılması və cəzasının təxirə salınması tələbi “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Mütəxəssis Komissiyasının rəyinə əsaslanıb.
Mixeil Saakaşvilinin azadlığa buraxılmasını və müalicə üçün xaricə köçürülməsini Avropa Parlamenti də tələb edib. Dekabrın 14-də qəbul edilmiş qətnamədə qeyd olunur ki, keçmiş prezidentin sağlamlığı və rifahı üçün tam məsuliyyəti Gürcüstan hökuməti daşıyır. Avropa Parlamentinin deputatları Saakaşvilinin əfv olunması çağırışı ilə Gürcüstan prezidenti Salome Zurabişviliyə də müraciət ediblər.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib. O, parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblik etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.