Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili Rusiya tərəfindən Gürcüstanla birbaşa hava əlaqəsini bərpa edilməsi ilə bağlı bildirib ki, Gürcüstan yalnız sanksiyaya məruz qalmayan Rus aviaşirkətlərini qəbul edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazir müavininin məlumatına görə, mövcüd mərhələdə Rusiya hakimiyyəti və ya hər hansı şirkət Gürcüstana birbaşa uçuşların yerinə yetirilməsi ilə bağlı müraciət etməyib.
“Bu gün Rusiya Federasiyasından bir sıra ölkələrə - İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan, Ermənistana birbaşa uçuşlar həyata keçirilir. Digər tərəfdən, biz öz mövqeyimizi çox açıq şəkildə bildirmək istərdik ki, Gürcüstanda sanksiyalara məruz qalmış heç bir aviaşirkət və gəmi fəaliyyət göstərməyəcək.
Sanksiyaya məruz qalmamış aviaşirkətlərə və gəmilərə gəlincə, onların Gürcüstan istiqamətində birbaşa hava hərəkəti həyata keçirmək imkanları sözsüz ki, olacaq. ... Əminik ki, bu qərar bizim Avropa ailəsinin üzvü olmaq kimi aydın seçimimizə heç bir təsir göstərməyəcək, çünki Gürcüstan sanksiyaya məruz qalan aviaşirkətləri və gəmiləri qəbul etməyəcək”, - Kvrivişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, birbaşa uçuşların bərpası Rusiyada yaşayan bir milyona qədər Gürcüstan vətəndaşının vətəni ilə əlaqəsini xeyli asanlaşdıracaq:
“Rusiya ilə quru nəqliyyat hərəkətimiz məhdud deyildi. Hər gün, faktiki olaraq, Rusiya-Gürcüstan sərhədindən yüzlərlə və ay ərzində bəlkə də minlərlə avtomobil keçir. Ölkəmizin əhalisi bir müddət üçüncü ölkə vasitəsilə və quru sərhədindən istifadə edərək öz vətənlərinə getməli olurdular ki, bu da təbii ki, onların səyahət xərclərinə xeyli təsir edirdi və kifayət qədər bahalı xidmət idi. Təbii ki, birbaşa uçuşlar ölkəmizin əhalisinin vətənləri ilə əlaqə saxlamasına kömək edəcək”.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlara qoyduğu qadağanı ləğv edən sərəncam verib. Bundan əlavə, Putinin qərarına əsasən, mayın 15-dən Gürcüstan vətəndaşlarının Rusiyaya daxil olmaq üçün viza almasına ehtiyac qalmayacaq.
Rusiya Nəqliyyat Nazirliyi hava yollarının Rusiya istehsalı olan təyyarələrlə Moskva-Tbilisi və Tbilisi-Moskva istiqamətində həftədə 7 birbaşa uçuş həyata keçirəcəyini açıqlayıb.
Putinin qərarını Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili alqışlayıb, prezident Salome Zurabişvili isə bunu Rusiyanın növbəti təxribatı kimi qiymətləndirib. Onun sözlərinə görə, Rusiya bütün dünya üçün təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olanadək belə bir jest vaxtsız və qəbuledilməzdir. “Bu məhz Gürcüstanın ləyaqətini qorumaqdır və biz hamıdan fərqli olaraq Rusiya ilə yeni münasibətlərə başlamamlıyıq ki, bu da bizim üçün hər şeyi, hətta ölkəmizi sanksiyalardan yayınma ittihamlarından qorunmasını çətinləşdirəcək”. Bu gün Gürcüstandan elə bir təhlükə gözlənilmir, lakin biz elə bir vəziyyət yaratmamalıyıq ki, bu ittihamlar güclənsin və biz daha özümüzü müdafiə edə bilməyək”, - Zurabişvili bildirib.
Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2022-ci ildə 1 459 541 Rusiya vətəndaşı Gürcüstan sərhədini keçib ki, bu da əvvəlki illə müqayisədə 401% artım deməkdir.
Sakstatın Gürcüstan əhalisi ilə bağlı hesabatına görə, 2022-ci ildə immiqrantların sayı 142,9% artaraq 179 778 nəfər təşkil edib. İmmiqrantların 54 405-i Gürcüstan, 62 304-ü isə Rusiya vətəndaşları olub.