Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili Gürcüstan siyasətində “çox fəal” şəkildə iştirak etmək niyyətindədir. Bu barədə onun rəsmi “Facebook” səhifəsində dərc olunmuş bəyanatda deyilir. Saakaşvili deyir ki, Acara Ali Şurasının dünənki iclası “son damla” olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dünən Acara Ali Şurasında gördüyüm vətən xainlərinin paradı bardağı daşıran son damla oldu. Gürcüstana xəyanət və ruslaşdırma cəhdi artıq bütün səviyyələrə nüfuz edib.
Səhhətimə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq, Gürcüstan siyasətində də çox fəal şəkildə iştirak etmək niyyətindəyəm. Biz Ukraynanın qələbəsini nəinki əl-qolumuz bağlı gözləməliyik, hətta onu fəal şəkildə, o cümlədən yenilikçi və cəsarətli hərəkətlərimizlə yaxınlaşdırmalıyıq.
“Bu gündən etibarən fiziki olaraq bacardığım bütün “məhkəmə”lərdə iştirak etmək niyyətindəyəm”, - deyə bəyanatda bildirilir.
Mixeil Saakaşvili bütün milli, anti-Rusiya, Avropa qüvvələrini, o cümlədən onun özünün təsis etdiyi “Vahid Milli Hərəkat”ı birliyə çağırır.
Dünən, iyunun 15-də Acara hökumətinin sədri Tornike Rijvadze Ali Şuranın iclasında illik hesabat təqdim edib və sual-cavab sessiyası zamanı o, Rusiya ilə Gürcüstan arasındaki 2008-ci ilin avqust müharibəsini “qorxaqca uduzulmuş müharibə” adlandırıb.
Ali Şuranın müxalifətçi üzvləri Rijvadzeyə Acarada Rusiya vətəndaşlarının sayının artması və bunun yaratdığı təhlükələrlə bağlı suallar veriblər.
“Bəli, pandemiyadan əvvəl kifayət qədər uğurlu mövsüm olan 2019-cu illə müqayisədə turistlərin sayı artıb. Həm ziyarətçilərin sayı, həm də gəlirlərin miqdarı iki dəfə artıb və mən sizə demək istəyirəm ki, bu ümumi payda, o cümlədən 2008-ci ildə, qorxaqcasına uduzulan müharibədən sonra Saakaşvili hökumətinin yaşıl ışıq yandırdıb, vizasız rejim tətbiq edərək, gül-çiçək, gürcü çaxırı ilə qarşıladığı ölkə vətəndaşları da var”, - deyə Tornike Rijvadze bildirib. O, “Milli Hərəkat” üzvlərini “qaçaq hərbi rəhbərlərin davamçıları, fitnə-fəsad törədənlər” adlandırıb.
2008-ci ildə Gürcüstanın prezidenti olmuş və hazırda Ukrayna vətəndaşlığı olan Mixeil Saakaşvili səhhətinə görə bir ildən artıqdır ki, xüsusi cəzaçəkmə xidmətinin podratçısı olan “Vivamed” klinikasındadır. Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib. O, parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblik etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.