Bu gündən, mayın 28-dən Gürcüstan və Çin Xalq Respublikası arasında vizasız gediş-gəliş haqqında saziş qüvvəyə minib. Gürcüstan vətəndaşları Çinə vizasız gedə və ölkəyə daxil olduqdan sonra bir dəfəlik müddətə 30 gün qala biləcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan vətəndaşı üçün Çinə vizasız gediş və ölkədə qalma müddəti hər hansı 180 günlük period ərzində 90 gündən çox olmamalıdır. Humanitar məqsədlər və fors-major hallar istisna olmaqla, bu müddət uzadıla bilməz. Müqavilə Çin Xalq Respublikasının ərazisində 30 gündən artıq qalmağı və ya yaşamağı, işə, təhsilə, KİV-də işləməyə və ya hər hansı digər fəaliyyət növünə başlamağı planlaşdıran Gürcüstan vətəndaşlarına şamil edilmir, hansı ki, bu hal Çin Xalq Respublikasının müvafiq orqanlarından qabaqcadan icazə tələb edirsə. Belə hallarda Gürcüstan vətəndaşı yola düşməzdən əvvəl müvafiq kateqoriyalı viza almağa öhtəlik daşıyır.
Gürcüstan Xarici İşlər Nazirliyi Çinə səyahət etmək istəyənlərə aşağıdakıları nəzərə almalarını tövsiyə edir:
- Çin Xalq Respublikasının dövlət sərhədini keçərkən onların yanında bu sənədlər olmalıdır: Etibarlılığı Çində qalma müddətindən ən azı 6 ay keçməli olan pasport, otel rezervasiyası və səyahət sığortası. Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, sərhəd zabiti şəxsin ölkəyə daxil olması ilə bağlı tək qərar vermək hüququnu özündə saxlayır;
- Çin Xalq Respublikasının ərazisində müxtəlif sosial və mobil platformalardan istifadə məhdudlaşdırılıb;
- Ölkədə elektron ödəniş sistemləri – Alipay, WeChat Pay geniş yayılmışdır. Bununla belə, “WeChat Pay”da elektron pul kisəsi yalnız Çin bank kartı ilə doldurula bilər. Alipay isə istənilən xarici kartla doldurula bilər;
- Qanunun pozulması halında Gürcüstan vətəndaşı Çin qanunvericiliyinin normalarına tabedir. Gürcüstanın Konsulluq Xidməti qanunla verilmiş səlahiyyətlər çərçivəsində vətəndaşlara yardım göstərir;
- Çində müvafiq xidmətlərlə əvvəlcədən razılaşdırılmadığı təqdirdə hərbi, dövlət və xüsusi təyinatlı binaların foto və videolarınl çəkmək qadağandır.
Gürcüstan və Çin arasında vizasız gediş-gəlişlə bağlı saziş aprelin 10-da imzalanıb. Ötən il Gürcüstan hökuməti Çinlə strateji tərəfdaşlıq əlaqələri qurub.