Gürcüstanda 25689 Rusiya vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib - ən son məlumat

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcüstan Xəbərləri”nin  Ədliyyə Nazirliyindən əldə etdiyi son məlumatlara görə, 2022-ci il fevralın 24-dən, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra 2023-cü il noyabrın 17-dək 24386 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığı üçün, 15 506-i isə yaşayış icazəsi üçün müraciət edib. Eyni dövrdə Gürcüstanda 25689 Rusiya vətəndaşı fərdi sahibkar kimi, 1 957 Rusiya vətəndaşı isə 1550 şirkətdə səhm sahibi və/yaxud təsisçi kimi qeydiyyata alınıb.

2022-ci il fevralın 24-dən 2023-cü il noyabrın 17-dək olan müddətdə 2779 Rusiya vətəndaşı Gürcüstanda qısamüddətli yaşayış icazəsi almaq üçün müraciət edib, onlardan 1336-nın müraciəti təmin edilib, 1302-nin müraciətindən isə imtina edilib. Qalanlarına baxılmayıb, baxılma prosesindədir və ya rəy indi hazırlanır.

Gürcüstanın 848 keçmiş vətəndaşı yaşayış icazəsi üçün müraciət edib - 790 müraciət təmin edilib.

3003 Rusiya vətəndaşı daimi yaşamaq icazəsi üçün müraciət edib (Gürcüstan vətəndaşının ailə üzvü və ya Gürcüstanda 10 il yaşayan şəxs). 2287 müraciət təmin edilib, 511 vətəndaşın müraciətinə rədd cavabı verilib.

2028 Rusiya vətəndaşı ailə birləşməsi üçün Gürcüstanda yaşamaq üçün müraciət edib, onlardan 1455-in müraciəti təmin edilib, 366 vətəndaşa isə rədd cavabı verilib.

233 Rusiya vətəndaşı investisiya məqsədli yaşayış icazəsi üçün müraciət edib - 168 müraciət təmin edilib, 43-ü rədd edilib.

1563 Rusiya vətəndaşı təhsil almaq məqsədilə yaşayış icazəsi üçün müraciət edib - 1378 müraciət təmin edilib, 27-si rədd edilib.

86 Rusiya vətəndaşı xüsusi yaşayış icazəsi üçün müraciət edib, 73 müraciət təmin edilib, 2-si rədd edilib.

Rusiya vətəndaşları Gürcüstanda ən çox işləmək məqsədli icazələr üçün müraciət edirlər - 2022-ci il fevralın 24-dən 2023-cü il noyabrın 17-dək, 4964 belə icazə tələb olunub. Bunlardan 2183 müraciət 2022-ci ildə, 2781 müraciət 2023-cü ildə qeydə alınıb. Hər iki ildə 1530 Rusiya vətəndaşına işləmək üçün yaşayış icazəsi verilib, 2881 nəfərin müracitəi isə rədd edilib.

2022-ci il fevralın 24-dən 2023-cü il noyabrın 17-dək olan müddətdə ümumilikdə 9021 Rusiya vətəndaşına Gürcüstanda yaşamaq hüququ verilib.

Həmin dövrdə Rusiya Federasiyasının 24386 vətəndaşı Gürcüstan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib.

Gürcüstan vətəndaşlığının (keçmiş vətəndaş) müvəqqəti bərpası hüququnun verilməsi ilə bağlı 3695 müraciət qeydə alınıb, onlardan 2795 müraciət təmin edilib, 534 vətəndaşa rədd cavabı verilib, 139 müraciət baxılmamış qalıb, 155-i baxılma mərhələsindədir, 7-nin icraatı dayandırılıb və 65 müraciət üzrə rəy hazırlanır.

23 Rusiya vətəndaşı bərpa yolu ilə Gürcüstan vətəndaşlığına qəbul olunmaq (keçmiş vətəndaş) üçün müraciət edib. Müraciətlərdən 6-sı təmin edilib, 1-i təmin olunmayıb, 17-si baxılmamış qalıb.

11 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsini tələb edib. Müraciətlərdən 5-i təmin edilib, 3-ü təmin olunmayıb.

8377 Rusiya vətəndaşı müstəsna qaydada Gürcüstan vətəndaşlığının verilməsi üçün müraciət edib. Onların 5457-si ötən il, 2920-si isə bu il. 2880 Rusiya vətəndaşına müstəsna əsaslarla Gürcüstan vətəndaşlığı verilib, 4576-in müraciət rədd edilib.

7 Rusiya vətəndaşı xüsusi prosedurla (Gürcüstanda doğulmuş) Gürcüstan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib. 4 müraciət təmin edilib.

12265 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığını saxlamaq üçün müraciət edib (Gürcüstan vətəndaşı olmaqla və eyni zamanda başqa ölkənin vətəndaşlığını alıb). 7430 müraciət təmin edilib, 3770-dən imtina edilib.

8 Rusiya vətəndaşı adi qaydada Gürcüstan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib, 1-in müraciəti təmin edilib.

2022-ci il fevralın 24-dən 2023-cü il noyabrın 17-dək olan müddətdə ümumilikdə 13120 Rusiya vətəndaşına Gürcüstan vətəndaşlığı verilib.

Rusiya vətəndaşları Gürcüstana Rusiyanın Ukraynaya təcavzündən və müharibə başlayandan sonra kütləvi şəkildə daxil olublar. Onların sayı xüsusilə 21 sentyabr 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin müharibəyə 300.000 nəfəri cəlb etmək üçün qismən səfərbərlik elan etməsindən sonra artıb. Lars sərhəd-keçid məntəqəsində Rusiya vətəndaşlarının bir neçə kilometr uzunluğunda növbələri yaranıb. Sakstat-ın məlumatına görə, 2022-ci ildə Gürcüstanda yaşamaq məqsədilə 62300 Rusiya vətəndaşı qalıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur