Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanda mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvü Avropa İttifaqı ölkələrinin kitabxanalarından bahalı kitablar oğurlamaqda ittiham edilərək həbs edilib.

Cinayət şəbəkəsinin aşkarlanması ilə bağlı məlumatı Avropa İttifaqı ölkələrinin cinayət hüququ sahəsində əməkdaşlıq orqanı olan Eurogast da yayıb.

Press-relizdə deyilir ki,

"İddialara görə, mütəşəkkil cinayətkar qrup Avropanın bir neçə ölkəsində yüksək tarixi və mədəni dəyərə malik 170 kitabı oğurlayıb. Oğurlanan kitabların dəyəri təxminən 2,5 milyon avrodur və Puşkin, Qoqol və Lermontov kimi məşhur rus yazıçıları tərəfindən yazılmışdır".

Eurogast qeyd edir ki, gürcü əsilli cinayətkarlar kitabxanaları Fransa, Almaniya, Litva, Polşa, Latviya, Estoniya və İsveçrədə qarət ediblər.

Gürcüstan Prokurorluğunun məlumatına görə, istintaq müəyyən edib ki, Gürcüstan vətəndaşları 2022-ci ilin əvvəlindən mütəşəkkil cinayətkar qrup yaradaraq, sonradan satış üçün bütün Avropada 19-cu əsrə aid müxtəlif müəlliflərin bahalı kitablarını gizli şəkildə əldə etmək niyyətində olublar.

İş materiallarına əsasən, onlar saxta şəxsiyyət vəsiqələrindən, qondarma adlardan və əvvəlcədən hazırlanmış saxta kitab nümunələrindən istifadə edərək, orijinalları əvəz ediblər.

"Əvvəlcədən planlaşdırılmış cinayət planına əsasən, mütəşəkkil dəstə üzvləri 19-cu əsrin klassik yazıçılarının kitablarını Fransa, Almaniya, Latviya, Litva, Estoniya, İsveçrə, Polşa və Çexiyadakı milli və üniversitet kitabxanalarında 19-cu əsrin klassik yazıçılarının gizli şəkildə əldə etdikləri kitabları oxumaq üçün götürür və onları orijinal kitabların yüksək keyfiyyətli nüsxələri ilə əvəz edirdilər.

Yuxarıda qeyd olunan cinayət sxeminə uyğun olaraq, mütəşəkkil dəstənin üzvləri 2022-23-cü illərdə Avropanın müxtəlif şəhərlərinin kitabxanalarından yüz minlərlə avro dəyərində kitabları gizli şəkildə ələ keçiriblər", - Baş Prokurorluq məlumat yayıb.

Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin “a” və “b” bəndləri (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda oğurluq) ilə ittiham irəli sürülüb. Suçları sübuta yetirilərsə, onları 6 ildən 10 ilə qədər həbs gözləyir.

Faktla bağlı istintaq davam edir.

Ötən ildən xarici mətbuatda Avropa ölkələrinin kitabxanalarından qiymətli kitabların oğurlanması ilə bağlı məlumatlar yayılırdı.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur