Son illər dünyada tütün istifadəçilərinin sayı azalır və bu gün 1,25 milyard insan ondan istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının son qiymətləndirməsinə görə, hər beş nəfərdən biri tütün istifadəçisi olduğu halda, 2000-ci ildə hər üç nəfərdən biri tütün istifadə edirmiş.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Gürcüstanda 15 və daha yuxarı yaşda olan əhalinin 29%-i, təxminən 842 min nəfər tütün istifadə edir. Kişilərin 54,7 faizi, qadınların isə 7,1 faizi siqaret çəkir. Müqayisə üçün deyək ki, məsələn, Almaniyada tütün istifadəsi göstəricisi 18,8%, Fransada 29,2%, qonşu Azərbaycanda isə 19,3% təşkil edir.
Ən yüksək tütün istifadəsi Cənub-Şərqi Asiya regionunda qeydə alınıb - 26,5%. Ondan sonra əhalinin 25,3%-nin istifadəçi olduğu Avropa regionu gəlir. ÜST-ün hesabatı göstərir ki, 2030-cu ilə qədər Avropa tütün məmulatlarının istifadəsinə görə birinci ola bilər (əhalinin 23%-dən bir qədər çoxu). Qeyd etmək lazımdır ki, Avropada qadınlar arasında tütündən istifadə nisbəti dünya üzrə orta göstəricidən iki dəfə çoxdur və bütün digər regionlara nisbətən xeyli yavaş azalır.
2010-cu ildən bəri bəzi ölkələrdə tütündən istifadənin yayılması cüzi dəyişsə də, altı ölkədə tütündən istifadənin artması müşahidə olunub: Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova. Lakin araşdırmalar göstərir ki, əksər ölkələrdə 13-15 yaşlı uşaqlar tütün və nikotin məhsullarından istifadə edirlər.
“Son illərdə tütünə qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub, lakin arxayın olmaq vaxtı deyil”, - ÜST-ünn Sağlamlığın Təşviqi üzrə Direktoru Rudiger Kreç bildirir. “Tütün sənayesinin saysız-hesabsız həyatlar bahasına qazanc əldə etmək üçün nə qədər davam edəcəyi məni dəhşətə gətirir. Biz görürük ki, hökumət tütünə qarşı mübarizədə qalib gəldiyini düşündükdə, sənaye bu fürsətdən sağlamlıq siyasətini manipulyasiya etmək və ölümcül məhsullarını satmaq üçün istifadə edir”.
ÜST ölkələri tütünə nəzarət siyasətini həyata keçirməyə və tütün sənayesinə müdaxilə ilə mübarizə aparmağa davam etməyə çağırır.