2022-ci ilin dördüncü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,2% yəni 309,9 lari artaraq 1773,7 lari təşkil edib. Qadınların orta əmək haqqı 1411,7 lari, kişilərinki isə 2123,2 lari olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Milli Statistika Xidmətinin məlumatına görə, fəaliyyət növünə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:
- İnformasiya və rabitə - 3672,6 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,8 faiz artıb);
- Maliyyə və sığorta fəaliyyəti - 2726,7 lari (artım 12,1%);
- Tikinti - 2535,8 lari (artım 14,8%);
- Peşə, elmi və texniki fəaliyyət - 2455,1 lari (15,1% artıb).
Əmək haqqının illik artımı qadınlarda 258 lari (22,4%), kişilərdə isə 355,3 lari (20,1%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların əmək haqqından yüksək olub.
Biznes sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqına gəlincə, Sakstatın məlumatına görə, ötən ilin dördüncü rübündə əmək haqqı 313,2 lari (19,6%) artaraq 1911,1 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əmək haqqı informasiya və rabitə (3773,6 lari, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,7% artıb), o cümlədən incəsənət, əyləncə və istirahət (2 959,1 lari, 18,3% artıb) sahələrində qeydə alınıb.
Qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,4 lari (21,8%) artaraq 1523,0 lari təşkil edib. Fəaliyyət növündən asılı olaraq maliyyə və sığorta sahələrində çalışanların orta əmək haqqı nisbətən yüksəkdir.
Orta əmək haqqına görə Tbilisi və Mtsxeta-Mtianeti regionu liderdir. Orta aylıq əmək haqqı Tbilisidə 2066 lari, Mtsxeta-Mtianetidə 1560 lari, Acarıstanda 1492 lari, Kvemo Kartlidə 1376, İmeretidə 1235, Sameqrelo-Zemo Svanetidə 1212, Samsxe-Javaxetidə isə 1201 lari təşkil edib. Regionlarda ən aşağı orta əmək haqqı aşağıdakılardadır: Şida Kartli 1150 lari, Kaxeti 1095 lari, Quriya 1023 lari, Raça-Leçxum və Kvemo Svaneti 910 lari.