İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi yeni hesabata görə, Gürcüstanda sabit internetin qiyməti Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyə etdiyi həddi, yəni ümumi milli gəlirin 2%-ni aşır və 2,35% təşkil edir. Bundan əlavə, yüksəksürətli internetə çıxış ölkə üçün mühüm problemdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Araşdırmalara görə, hətta bizneslərin, xüsusən də kiçik şirkətlərin yüksək sürətli internetə çıxışı yoxdur.
2023-cü ildə əksər şirkətlərin, 61%-nin orta sürəti 30 Mbit/s-dən aşağı olan internet bağlantısı olub.
“Bu, iri şirkətlərlə müqayisədə genişzolaqlı şəbəkədən istifadə baxımından geridə qalan kiçik və orta biznes üçün xüsusi problem yaradır. Böyük şirkətlərin 79%-i yüksəksürətli internetdən (30 Mbit/s-dən çox) istifadə edir, orta şirkətlərin yalnız 54%-i və kiçik şirkətlərin isə 38%-i belə internetə malikdir.
Gürcüstan nəticədə daha sürətli internetə daha aşağı qiymətə çıxışı asanlaşdırmaq üçün rəqabəti, investisiyanı və innovasiyanı dəstəkləyə bilər ki; İstehlakçılara genişzolaqlı xidmətlər və keyfiyyətlə bağlı məlumatlara çıxışı təmin etməklə tələbi gücləndirsin, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yüksəksürətli internetin mənimsənilməsini asanlaşdırsın”, - hesabatda deyilir.
Araşdırmalara görə, qeyd olunan qeyri-mütənasib bölgü və qeyri-bərabər mühit ölkənin inkişafı üçün maneədir. İnternetə çıxış problemləri nəticəsində ölkədə stasionar və mobil internet istifadəçilərinin sayı OECD və Aİ ölkələrinin orta göstəricisindən aşağıdır.
Hesabatda qeyd olunur ki, Gürcüstanda rəqəmsal bacarıqlar OECD və Aİ dərəcələrindən aşağıdır və 2021-ci ilə qədər vətəndaşların 36%-i yalnız təməl bacarıqlara malik olub.
Bundan başqa, Gürcüstan Şərq Tərəfdaşlığı ölkələri arasında ən çox internet əlaqəsində olan ölkələrdən biridir. Hesabata görə, 2015-2020-ci illər arasında sabit və genişzolaqlı internet abunəçilərinin sayı təxminən 50% artıb. Bundan əlavə, bu dövrdə internetə çıxış baxımından şəhər və kənd yerləri arasında fərq iki dəfə (-64%), 2021-ci ildə isə 12,6%-ə qədər azalıb.
Hesabatda vurğulanır ki, Gürcüstan artıq müəyyən müsbət nəticələr əldə etsə də, bu istiqamətdə hələ də problemlər var və ölkə üçün telekommunikasiya bazarında rəqabətin gücləndirilməsi, habelə investisiyaların və innovasiyaların artırılması üçün əlavə addımların atılması vacibdir ki, istehlakçılar nisbətən aşağı qiymətə daha sürətli internet əldə edə bilsinlər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Siyasət İndeksi Hesabatına beş tərəfdaş ölkədə - Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlığın inkişafı və əlaqəli siyasətlər üzrə ən son nəticələr daxildir.