2023-cü il mayın 1-dən bu günə qədər Gürcüstandan 10,3 min ton şaftalı ixrac edilib ki, bunun da 9 266 tonu Rusiyaya, 970 tonu Ermənistana, 20 tonu Belarusa, 18 tonu isə Ukraynaya gdib. İxrac edilmiş şaftalıların dəyəri 11,1 milyon ABŞ dolları təşkil edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ətraf Mühitin Qorunması və Kənd Təsərüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən şaftalıların həcmi 439 ton (4%), dəyəri isə 143 min ABŞ dolları (1%) artıb.
Qaragiləyə gəlincə, 2023-cü il mayın 1-dən bu günə qədər Gürcüstandan dəyəri 17,3 milyon ABŞ dolları olan 2 884 ton qaragilə ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən qaragilələrin həcmi 1 678 ton (2,4 dəfə), dəyəri isə 10,0 milyon ABŞ dolları (2,4 dəfə) artıb.
İxrac Rusiyaya (2 730,9 ton), Birləşmiş Ərəb Əmirliklərinə (39,7 ton), Polşaya (37,0 ton), Hollandiyaya (24,5 ton), Ermənistana (20,9 ton), Almaniyaya (11,1 ton), Qətərə (5,7 ton), Küveyt (4,3 ton), Səudiyyə Ərəbistanına (3,9 ton), Bəhreynə (2,7 ton), digər ölkələrə (3,0 ton) həyata keçirilib.