Rusiyanın işğal etdiyi Tsxinvali vilayətində 7 Gürcüstan vətəndaşı qanunsuz olaraq həbsdədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadzenin bəyanatına görə, Yanvarın 16-da gecə saatlarında Aİ-nin qaynar xəttinə Qori bələdiyyəsindən bir gəncin işğalçı qüvvələrin nümayəndələri tərəfindən saxlanılması barədə məlumat daxil olub. 2023-cü ilin 3 yanvar tarixibdə daha iki nəfər həbs edilib.
Koşka kəndinin sakinləri Serqo Ququtişvili və Tamaz Kaxabrişvili Tsxinvali təcridxanasındadırlar. Onlar qondarma sərhədi qanunsuz keçməkdə ittiham olunurlar. Qohumlarının sözlərinə görə, Ququtişvili və Kaxabrişvili inək otarırdılar və bu zaman rus əsgərləri tərəfindən həbs olunublar. Keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilib. O, qondarma sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında ittiham olunur. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili apellyasiya şikayəti verib və qanunsuz cəza 3 il 8 aya endirilib.
24 yaşlı Laşa Xetereli Liaxvi vadisindən qaçqın düşüb, onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən sonra Şaumiani köçkün qəsəbəsində yaşayır. İşğal rejiminin nümayəndələri onu 2021-ci ilin dekabrında altıncı dəfə həbs ediblər. Bundan əvvəl, 2020-ci ilin 30 iyun tarixində həbs edilmişdi və Tsxinvali həbsxanasında bir il qanunsuz cəza çəkmişdi. Cənubi Osetiyanın de-fakto təhlükəsizlik komitəsi 1977-ci il təvəllüdlü Kaxaber Natadzeni də qondarma sərhədi qanunsuz keçməkdə ittiham edir. O, 2021-ci il dekabrın 10-da işğal olunmuş Tsinaqari kəndi yaxınlığında qanunsuz həbs edilib. Kaxaber Natadze Qori sakinidir.
Gela Yobaşvili Saçxeri bələdiyyəsinin Perevi kənd sakinidir. İşğalçı rejim onu ötən il sentyabrın 14-də həbs edib. O da həmçinin qondarma sərhədi qanunsuz şəkildə keçməkdə ittiham olunur və həbs cəzasına məhkum edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2022-ci ildə işğal olunmuş Abxaziya istiqamətində 13 Gürcüstan vətəndaşı, Tsxinvali rayonu istiqamətində isə 42 vətəndaş həbs edilib.
Tsxinvali həbsxanasının məhbusu, 53 yaşlı Gennadi Bestaev ötən il fevralın 16-da dünyasını dəyişib. O, Zardiyaantkar kəndində yaşayırdı. Bestayevin evi bölücü xətt üzərindədir və qondarma nəzarətsiz zonada Gürcüstan və Rusiya keçid məntəqələri arasında yerləşir. Onun ailə üzvləri, keçmiş həyat yoldaşı və uşaqları Tsxinvalidə yaşayır. Əvvəllər Gennadi Bestaev Tsxinvalidə övladlarına baş çəkmək istəyərkən bir neçə dəfə həbs olunub. De-fakto hakimiyyət Gennadi Bestayevi 2021-ci ilin 16 noyabr tarixində həbsdən azad edib. Həmin vaxt onun səhhəti artıq ağır idi. Bir gün əvvəl o, həbsxanada insult keçirmişdi və Tsxinvali xəstəxanasında vəziyyəti daha da pisləşmişdi. “Ölənə qədər onu bağışlamadılar. Eyni şeyi deyirdim, amma heç kim eşitmədi, nə o tərəfdə, nə bu tərəfdə”,- "Gürcüstan Xəbərləri"nə Gennadi Bestayevin bacısı Naira Bestaev deyib.
İki Gürcüstan vətəndaşı işğal olunmuş Abxaziyada qanunsuz həbsdədir: 30 sentyabr 2020-ci ildə Qali bölgəsində Abxaziya bayrağını yandırdığına görə İrakli Bebua və 2022-ci il iyulun 20-də işğal olunmuş Qali rayonunun Nabakevi kənd sakini 24 yaşlı Kristine Takalandze, o, casusluqda ittiham olunub.