Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdə islahatların zəruriliyindən danışılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz Gürcüstanın Avropa perspektivi nöqteyi-nəzərindən tarixi fürsəti, həmçinin onların [Gürcüstan] demokratiyasını gücləndirmək zərurətini müzakirə etmək üçün Xarici İşlər Naziri ilə nahar etdik.
Biz təsdiq etdik ki, Gürcüstan xeyli irəliləyiş əldə edib və daha çox islahatlara ehtiyacı var, çünki ilin sonunda namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq. Biz nazir Darçiaşvilini üzvlük prosesi ilə bağlı prioritetləri yerinə yetirərkən Brüsselə və üzv ölkələrə müsbət siqnallar göndərməyə çağırdıq”, - Borell deyib.
Aprelin 24-də Lüksemburqda İliya Darçiaşvili Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə iştirak edib. Onun mətbuata verdiyi məlumata görə, onlar Gürcüstanın apardığı islahatların effektivliyini müzakirə ediblər.
“Bu görüşdə bizə Gürcüstanın Avrointeqrasiyaya doğru inamlı yolu, öhdəliklərimiz, səylərimiz və ölkənin həyata keçirdiyi islahatlar barədə danışmaq imkanı verildi. Təbii ki, biz Avropaya inteqrasiyamız istiqamətində bu gün ən vacib məsələlərdən biri olan 12 tövsiyə üzərində dayandıq. Biz tərəfdaşlarımızdan əsas o mesajı aldıq ki, demək olar ki, hamı Gürcüstanın Avropaya inteqrasiyasını, Gürcüstanın Avropa gələcəyini, bizim Avropa ailəsində birgə yaşayışımızı dəstəkləyir və bu, bizim üçün xüsusilə vacibdir”, - deyə İlia Darçiaşvili bildirib və hökumətin Gürcüstanınn Avropa Birliyinə daha da yaxınlaşması üçün səylərini davam etdirəcəyini qeyd edib.
2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu, Gürcüstana isə Avropa perspektivi verilib. Avropa Komissiyası Gürcüstana həyata keçirilməsi üçün 12 tövsiyə müəyyən edib ki, bunlar arasına deoliqarxizasiya, siyasi qütbləşmənin həlli, məhkəmə islahatları, antikorrupsiya xidmətinin gücləndirilməsi və media mühitinin yaxşılaşdırılması daxildir. Avropa Komissiyası 2023-cü ilin payızında Gürcüstanın tövsiyələri yerinə yetirməsinin qiymətləndirilməsini hazırlayacaq və statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına tövsiyə ilə müraciət edəcək.