“Gürcüstan Aİ üzvlüyünə namizəd statusu almalıdır. Bu, bizim birgə qələbəmiz, Avropanın gücünün və birliyinin növbəti təsdiqi olacaq”, - deyə Gürcüstan Prezidenti Salome Zurabişvili Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zurabişvili qeyd edib ki, 2022-ci ildə Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərar idi və Gürcüstanla Avropa arasında ucaldılan coğrafi divarın nəhayət dağıdılması demək idi.
“Bu sual: Artıq qarşımızda Gürcüstanın Avropa ailəsinə və Avropa perspektivinə mənsub olub-olmaması mövzusu yoxdur. Bu, çox böyük nailiyyətdir. Bu gün namizəd ölkə statusunu qazanmaq bizim alternativsiz məqsədimizdir və mən bunu Gürcüstanın prezidenti və bütün gürcü xalqının səsi kimi deyirəm. Bu gün Gürcüstan cəmiyyəti Avropa İttifaqına inteqrasiya ideyası ətrafında cəmləşib”, - Zurabişvili bildirib.
Prezidentin sözlərinə görə, Gürcüstan və gürcü xalqı böyük Avropa ailəsində öz tarixi yerini qaytarmağa layiqdir.
“Litvanın Avropa İttifaqı və NATO-ya üzv olmasından təxminən 20 il keçir. İyirmi ildir ki, biz Litvanın Avropa və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi prosesinə xüsusi töhfə verdiyinin şahidi oluruq. İyul ayında Litva NATO-nun Vilnüs Sammitinə ev sahibliyi edir.
Gürcüstan Vilnüsün NATO Sammitində ən yüksək səviyyədə iştirakına böyük əhəmiyyət verir. Biz son 20 il ərzində Alyansa layiqli və etibarlı tərəfdaşlığın çoxlu nümunələrini göstərmişik, Alyansın Buxarest Sammiti Bəyannaməsi ruhuna qayıtmaq üçün konkret addımlar atmasının və burada, Vilnüsdə Gürcüstanın NATO-ya inteqrasiya tərəqqisini göstərməsinin vaxtı çatıb. Ümumiyyətlə, heç kim imkan verməməlidir ki, Gürcüstan və gürcü xalqı məyus olsun. Heç kim Rusiyaya yalan ümidlər verməməlidir ki, təcrid olunmuş Gürcüstan onun yeni və asan hədəfinə çevriləcək”, - Salome Zurabişvili bildirib.
Cavabında Litva Prezideni qeyd edib ki, Aİ üzvlüyünə can atmaq qısa və asan yol deyil. Gitanas Nausedanın sözlərinə görə, bu, ölkə vətəndaşlarının rifahına fayda verəcək gözəçarpan islahatlar və dəyişikliklər yoludur.
“Biz ölkənin Avropa perspektivinə inanırıq və əminik ki, bu, hökumət üçün islahatlar həyata keçirməyə stimul olacaq. Görüşdə biz həmçinin təhlükəsizlik məsələləri, hibrid təhdidlər və dezinformasiya, ictimai dayanıqlığın artırılması, ölkə institutlarının potensialının gücləndirilməsi, Avropa və Atlantik yönümlü iradənin gücləndirilməsi zərurəti barədə də danışdıq.
Siyasi motivli işlər və mediaya, qeyri-hökumət təşkilatlarına təzyiqlər demokratiya və vətəndaşlığı gücləndirmək yolu deyil”, - deyən Nauseda Litvanın Gürcüstanın NATO ilə əlaqələrini dərinləşdirmək istəklərini dəstəklədiyini bildirib.
2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə, Gürcüstana isə Avropa perspektivi statusu verilib. Avropa Komissiyası Gürcüstana həyata keçirilməsi üçün 12 tövsiyə müəyyən edib ki, bunlara deoliqarxizasiya, siyasi qütbləşmənin aradan qaldırılması, məhkəmə islahatları, antikorrupsiya xidmətinin gücləndirilməsi və media mühitinin yaxşılaşdırılması daxildir. Avropa Komissiyası Gürcüstanın tövsiyələri yerinə yetirməsinin qiymətləndirilməsini 2023-cü ilin payızında hazırlayacaq və tövsiyə ilə statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına müraciət edəcək.
Azadlıq Radiosunun Avropa Bürosunun redaktoru Rikard Jozviak bu gün, aprelin 3-də məlumat yayaraq bildirib ki, Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsinin tövsiyə olunmasının tərəfdarıdır. Komissiya Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə bağlı yenilənmiş rəyi may ayında təqdim edəcək, genişlənmə paketi çərçivəsində yekun qiymətləndirmə isə oktyabrda gözlənilir: “Beləliklə, 6 ay qalıb, amma işlək fərziyyə hazırda belədir: Ukrayna və Moldovaaya - üzvlük danışıqlarına başlamaq tövsiyəsi, Gürcüstana - namizədin statusu”, - jurnalist deyir.