Gürcüstanın qeyri-hökumət təşkilatlarının Avropa Komissiyasına müraciəti

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

170-ə yaxın qeyri-hökumət təşkilatı birgə bəyanatla Avropa Komissiyasına müraciət edir və Gürcüstandakı problemlərə baxmayaraq, ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verilməsini tələb edirlər. Bəyanatda deyilir ki, bu, gürcü xalqına Rusiyanın maraqlarının öhdəsindən daha yaxşı gəlməyə kömək edəcək, çünki daha çox Aİ daha az Rusiya deməkdir. Təşkilatların nümayəndələri bəyanatı Avropa İttifaqının Gürcüstandakı səfirinə təqdim ediblər.

“Gürcüstan Avropa İttifaqının üzvlüyünə namizəd statusu ilə bağlı Avropa Komissiyasının tövsiyəsini gözləyir. İmza atan gürcü qeyri-hökumət təşkilatlarını ümumi bir missiya birləşdirir - Gürcüstan vətəndaşlarının maraqlarını qorumaq və təmsil etmək, Avropa demokratik dəyərlərini qorumaq və bərqərar etmək.

Gürcüstanın hər bir vətəndaşının ləyaqətlə - dinc, firavan, azad və ədalətli şəraitdə yaşayacağı Avropa İttifaqına üzv ölkə olması bizim, eləcə də Gürcüstan vətəndaşlarının böyük hissəsinin dəyişməz seçimi və həyati marağıdır. Biz Gürcüstan hökumətindən Aİ-yə üzvlük üçün müraciət etməsini buna görə tələb edirdik.

Gürcüstan üçün Avropa perspektivinin tanınmasından bəri bizim səylərimiz Gürcüstan hakimiyyəti tərəfindən Gürcüstan vətəndaşlarının vəziyyətini yaxşılaşdırmalı olan 12 tövsiyənin həyata keçirilməsinə yönəldilib.

Bu gün biz 12 tövsiyənin icrası ilə bağlı çətinlikləri aydın şəkildə görürük, lakin eyni zamanda, Avropa seçimi vətəndaşları səmərəli həmrəylikdə birləşdirən cəmiyyətin əsas istəyi olaraq qalır.

Biz Gürcüstan vətəndaşlarının tələb etdiyi və layiq olduğu, bu gün 27 Aİ dövlətini birləşdirən dəyərlər, Gürcüstanda daha yaxşı demokratiya üçün mübarizə aparırdıq və mübarizə aparırıq.

2023-cü ilin martında biz Gürcüstan cəmiyyətini “rus qanunu”na qarşı birləşdirə bildik ki, bu baş tutsa Gürcüstan və Avropa İttifaqı arasında böyük divar olacaqdı. Məhz bu səylər nəticəsində bu qanun ləğv edildi və gürcü xalqının gələcəkdə də ölkənin Avropa gələcəyini qorumağa hazır olduğunu hər kəsə göstərmək mümkün oldu.

Biz, gürcü qeyri-hökumət təşkilatları, inanırıq ki, namizəd statusunu almaq gürcü xalqının Avropa arzuları yolunda irəliyə doğru mühüm addım olmaqla yanaşı, gürcü xalqına Rusiyanın Gürcüstandakı maraqlarının üstəsindən daha yaxşı gəlməyə kömək edəcək, çünki daha çox Aİ dah az Rusiya deməkdir.

Biz ölkəmizin sadiq və güclü avropalı dostlarına, xüsusən də Avropa Komissiyasına müraciət edərək, Gürcüstandakı problemlərə baxmayaraq, 12 prioritetin yerinə yetirilməsinin obyektiv qiymətləndirilməsi ilə paralel olaraq, tövsiyyə versin ki, 2023-cü ilin dekabrında Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd statusu versin”, - bəyanatda deyilir.

Noyabrın 8-də Avropa Komissiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verib-verməyəcəyi məlum olacaq.

Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt qoyub. Komissiyanın Gürcüstanın müraciəti ilə bağlı hazırladığı nəticədə siyasi qütbləşməyə son qoyulması, məhkəmə islahatlarının aparılması, deoliqarxizasiya, mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və s. daxildir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur