Avropa İttifaqının sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Salivanın sözlərinə görə, onlar Avropa İttifaqına doğru irəliləyən Gürcüstanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmamasından məyusdurlar, lakin, Brüsseldə ölkənin içərisində olduğu konkret vəziyyəti başa düşürlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
O’Sallivan bu barədə Tbilisidə Gürcüstan hökuməti və biznes nümayəndələri ilə iki günlük görüşdən sonra açıqlama verib.
“Biz sanksiyalardan mümkün yayınma məsələsinə xüsusi diqqət yetiririk və döyüş meydanında istifadə olunan və ukraynalıların döyüş meydanında müşahidə etdikləri 38 məhsula xüsusi diqqət yetiririk. Bu məhsullar Rusiyanın silahlarını daha öldürücü, daha ağıllı və daha ölümcül edir. Biz bu məhsullara tətbiq edilən sanksiyalardan hər hansı bir şəkildə yayınılmasından xüsusilə narahatıq.
Gürcüstan sanksiya tətbiq etmir, Avropa Birliyinə üzv olmağa can atan bir ölkə üçün bunun belə olmaması bizi, bəlkə də məyus edir. Biz istərdik ki, xarici siyasətdə də yüksək səviyyədə uyğunluq olsun.
Lakin biz, həm də Gürcüstanın iqtisadi, coğrafi və Rusiya ilə sıx təmaslar baxımından hansı konkret vəziyyətdə olduğunu da başa düşürük. Beləliklə, biz başa düşürük ki, onlar bizim sanksiyalarımızı həyata keçirmək fikrində deyillər, lakin deməliyəm ki, son iki gündə gördüklərimiz bizi inandırdı ki, Gürcüstan hakimiyyəti öz ölkələrindən sanksiyalardan yan keçmə platforması kimi istifadə edilməməsində çox ciddidir. Onlar Gürcüstandan ixracı mümkün olan ən həssas 38 məhsulun ixracına nəzarət etmək üçün mühüm tədbirlər həyata keçiriblər. Eyni şey, çox ayıq olduqları maliyyə sanksiyalarına da aiddir. Açığını deyim ki, görülən tədbirlər bizdə yaxşı təəsürat yaradır”, - Devid O’Salivan bildirib.
Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı Avropa İttifaqının nümayəndəsi bildirib ki, əgər Gürcüstanda Rusiyadan giriş məntəqələrinin sayı artarsa, o zaman onların hər birinə daha çox diqqət yetirmək lazım gələcək: “Gürcüstan rəsmiləri məni əmin etdilər ki, bu belə də olacaq. İstənilən giriş nöqtəsi sanksiyaların tətbiqində potensial zəif nöqtədir”.
O’Salivandan keçmiş baş nazir Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi barədə də soruşulub və o, fərdlərə qarşı sanksiyalara münasibət bildirmək istəmədiyini bildirib. Devid O’Salivanın qeyd etdiyi kimi, bu, Aİ-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən qərardır.