Gürcüstanlı şagirdlərin riyaziyyat və oxuduğunu anlama üzrə nəticələri pisləşib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram, “PISA”nın araşdırmasına görə, gürcüstanlı şagirdlərin riyaziyyat və oxuduğunu anlama üzrə nəticələri pisləşib, təbiət elmləri üzrə isə yaxşılaşıb. Gürcüstan 81 ölkə arasında 65-ci yerdədir.

Xüsusilə, 2022-ci ildə Gürcüstanlı şagirdlər riyaziyyat üzrə 390 bal, oxu üzrə 374 bal və təbiət fənləri üzrə 384 bal toplayıblar. 2018-ci illə müqayisədə riyaziyyat üzrə nailiyyət 8 bal, oxu üzrə 6 bal azalıb, təbiət fənləri üzrə isə 1 bal artıb.

Məktəbin növünə görə, özəl məktəblərin şagirdləri həm riyaziyyat (özəl - 445, dövlət - 384), həm oxu (özəl - 426, dövlət - 369), həm də təbiət fənləri (özəl - 436, dövlət - 379) üzrə dövlət məktəblərinin şagirdləri ilə müqayisədə statistik olaraq əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə edirlər.

Məktəbin yerləşməsindən asılı olaraq, riyaziyyat üzrə Tbilisidə yaşayan şagirdlər (417 bal), digər şəhərlərdə (383 bal) və kənd yerlərində yaşayan şagirdlər (369 bal) yüksək nəticələrlə fərqlənirlər. Ən aşağı nəticə qəsəbələrdə yaşayan şagirdlərdir (344 bal). Oxu və təbiət fənlərində də oxşar nəticələr var.

PISA 2022 nəticələrinə görə, Gürcüstanda qızlar oğlanlara nisbətən hər üç qiymətləndirmə sahəsində daha yüksək bal toplayıblar. Xüsusilə, riyaziyyat tapşırıqlarında qızlar 393, oğlanlar 387 bal toplayıblar. Oxuda qızlar oğlanlardan 35 bal (qızlar - 392 bal, oğlanlar - 357 bal) daha çox toplayıblar. Təbiət fənləri üzrə qızlar oğlanlardan (377 bal) 14 bal çox (391 bal) toplayıblar.

2015-2022-ci illərdə test imtahanının dilinə görə qiymətləndirmənin hər üç istiqaməti üzrə gürcü və rusdilli məktəblərin şagirdləri statistik cəhətdən yüksək nəticələr göstəriblər. PISA-nın 2022 göstəricilərinə əsasən, azərbaycandilli şagirdlərin nailiyyətləri bu iki qrupun nəticələrindən statistik olaraq əhəmiyyətli dərəcədə aşağıdır. Gürcü və azərbaycandilli şagirdlər arasında fərq riyaziyyat üzrə 73 bal, oxu üzrə 80 bal, təbiət fənləri üzrə isə 81 baldır.

Araşdırmaya görə, Gürcüstanda 15 yaşlı şagirdlərin 13%-i həyatlarından narazı olduqlarını bildiriblər. Onlar həyatdan məmnunluqlarını 10 ballıq şkala üzərindən 0-dan 4-ə qədər qiymətləndiriblər.

2018-ci illə müqayisədə 2022-ci ildə bulinqin müxtəlif formalarda ifadəsi azalıb. Gürcüstanda 15 yaşlı qızların 13%-i və oğlanların 15%-i ayda ən azı bir neçə dəfə bulinqə məruz qaldıqlarını bildirib.

Gələcək peşələrindən xəbərdar olan tələbələrin sayı əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə bu göstərici 73%, 2018-ci ildə 68%, 2022-ci ildə isə 57%-ə qədər azalıb. Şagirdlər tərəfindən ən çox adı hallandırılan peşələrə görə, 2022-ci ildə də birinci yeri hüquqşünaslıq tutur. İkinci yerdə 2018-ci ildə adı çəkilən fəaliyyətlər arasında dördüncü yerdə olan proqramlaşdırma, üçüncü yerdə tibb, dördüncü yerdə idmançılıq, beşinci yerdə isə psixologiyadır. Proqramlaşdırma peşəsinin bu qədər artması oğlanların ən çox (15,9%) bu peşənin adını çəkməsi ilə əlaqədardır. Oğlanlar arasında həm 2015, həm də 2018-ci ildə ən çox adı çəkilən peşə olan idmançılıq (10,7%) ikinci pillədə qərarlaşıb. Əvvəlki dövrlərdən fərqli olaraq, proqramlaşdırma qızlar tərəfindən ən çox adı çəkilən 10 peşə arasında özünə yer tapıb.

PISA-nın ən yüksək qiymətləndirmələrini Sinqapur, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, Honq-Konq, Estoniya, Kanada, İrlandiya və İsveçrə toplayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur