Bir neçə saat mənzildə axtarış aparan polis hərbi bloqer Uça Abaşidzeni saxlayıb. Daxili İşlər Nazirliyinin nümayəndələri Abaşidzenin evində axtarış və digər istintaq hərəkətlərini elə aparıblar ki, vəkilləri mənzilə buraxmayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkilin məlumatına görə, Uça Abaşidze Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah əldə etmə və saxlamanı nəzərdə tutan 236-cı maddəsi ilə saxlanılıb.
“Artıq saxlanılan şəxsi evdən çıxarıb, pilləkənləri endirdikdən sonra bizi içəri buraxdılar. Uça Abaşidzenin müdafiə hüququ artıq pozulub”, - deyə vəkil bildirib.
Saxlanılan şəxsin dostu Şota Tutberidze mediaya bildirib ki, Uça Abaşidzenin sənədli silahı var və ələ keçirilən əşyalar arasında başqa hər hansı bir şey aşkar edilərsə, onu “polis qoymuş olacaq”.
“Müdafiə hüququnun məhdudlaşdırılması cinayətdir” deyən Gənc Hüquqşünaslar Assosiasiyası Xalq Müdafiəçisi və Vəkillər Assosiasiyasını vəkilin fəaliyyətinə müdaxilə faktını öyrənməyə və müvafiq reaksiya verməyə çağırıb.
Abaşidzenin evinin yaxınlığında yüzlərlə polis səfərbər edilib. Hadisə yerinə bloqeri dəstəkləmək və hökumətin repressiv hərəkətlərinə etiraz etmək üçün vətəndaşlar da toplaşıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları müxtəlif dövlət qurumlarının, o cümlədən Daxili İşlər, Ədliyyə nazirlikləri və parlamentin internet saytlarına edilən kiberhücum faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin kritik bir məlumat sistemi subyektinə qarşı törədilən kompüter məlumatlarına və ya kompüter sisteminə müdaxiləni nəzərdə tutan 286-cı maddəsinin 4-cü hissəsi ilə istintaq başlayıb.
“Sözügedən istintaq çərçivəsində artıq keçirilən və keçirilməkdə olan istintaq hərəkətləri nəticəsində, Tbilisi və Batumidə, o cümlədən Tbilisidə Abaşidze küçəsi 22 ünvanında yerləşən yaşayış mənzillərindən birində hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları axtarışlar nəticəsində qanunsuz odlu silah və döyüş sursatları aşkar . Hüquq-mühafizə orqanlarının əməkdaşları Cinayət Məcəlləsinin odlu silah və döyüş sursatının qanundan kənar alınması və saxlanılmasını nəzərdə tutan 236-cı maddəsi ilə 1984-cü il təvəllüdlü U.A.-nı (Uça Abaşidze) saxlayıb”, - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.