Yeni Müdafiə Məcəlləsinə əsasən icbari hərbi xidmətin bir il təxirə salınmasına görə rüsumun məbləği 2 min laridən 10 min lariyə qaldırılıb. Bir şəxs 5 qat artırılmış məbləğlə təxirə salma hüququndan yalnız bir dəfə istifadə edə biləcək. Pul vasitəsilə təxirə salınma hər kəsə şamil edilməyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yeni müdafiə məcəlləsinin ədalətli olması üçün üç il intensiv olaraq çalışdıq və buna maksimum nail olduq. Məcburi hərbi xidmətə getmədiyim üçün mənə irad tuturdular, baxmayaraq ki, xidmət etməməyimin səbəbləri təbii ki, yenə də keçərlidir. Hərbi kafedranı tələbə kimi keçməkdən savayı, çoxlu övladım var. Belə obyektiv səbəblər qalacaq, heç bir məcburiyyət olmayacaq, eləcə də normal ölkələrdə mövcud olan sağlamlıq problemləri və digər sübut edilmiş səbəblər də daxil olmaqla.
Ödənişlə təxirə salınmaya gəlincə, bu, yalnız bir dəfə, bir il mümkün olacaq. Məsələn, deyək ki, çağırış konkret periodda daha mühüm işi çıxan şəxsə şamil olundu, onda, həmin şəxs 10 min lari ödəmək əvəzinə bir il təxirəsalınmadan yararlana bilər. Bir ildən sonra o, avtomatik olaraq məcburi çağırış siyahısına salınacaq.
"Biz hərbi xidmətə cəlb oluna biləcək potensial insanların dairəsini genişləndirdiyimizdən, paralel olaraq çevik və geniş diapazonlu sistem təqdim edirik. Deməli, üç variant olacaq: daha intensiv altı aylıq döyüş hazırlığı kursu; səkkiz ay, hansı ki, daha çox köməkçi komponent olacaq, baxmayaraq ki, orada ilkin döyüş hazırlığı keçiriləcək; Tələbələrin seçim imkanı olacaq, belə ki, dörd il ərzində ildə bir ay xidmət etməklə və məcburi hərbi xidməti tamamlamış ola biləcəklər. Ümumilikdə intensiv günlərin sayı 108 olacaq və bu, o qədər çevik sistemdir ki, onların təhsil almasına, eyni zamanda, məcburi hərbi xidmətə getməsinə mane olmayacaq”. – deyə Müdafiə Naziri Cuanşer Burguladze bildirib.
Nazir son illər gənclərin məcburi hərbi xidmətdən yayınmasının əsas səbəbi kimi din xadimi statusu almasını göstərib. Onun verdiyi məlumata görə, təkcə 2022-ci ildə təxminən 16500 nəfər bu səbəbdən hərbi xidmətdən yayınıb: “Məcburi hərbi xidmətin minimumu, hansı ki, bu bizim məqsədimizdir və 4-5 min adamı əhatə edir, bu etabda, heç buna da nail ola bilmirik”.
“Ölkə üçün belə bir problemin yarana biləcəyini yəqin ki, nəzərə almamışıq və məzmun təhlilinə girmədiyimiz anı əldən vermişik - tutaq ki, hərbi xidmətə çağırılacaq şəxs həqiqətən din xadimi funksiyalarını yerinə yetirir, ya yox. Bu, əlbəttə ki, çox süni, uydurma və yəqin ki, əl alışdırmağa yönəlmişdi. Bu daha olmayacaq. Bununla belə, biz alternativ qoyuruq: əgər obyektiv səbəb varsa, yəni ki, insan döyüş hazırlığından keçmək, əlində silah saxlamaq istəmirsə, alternativ xidmət qalacaq. Bu elə olmayacaq ki, şəxs hansısa status alsın və hərbi xedməti keçməsin“, - Burguladze bildirib.
Mövcud qanunvericiliyə əsasən hərbi xidmətə çağırışı bir il yarım təxirə salmaq iki yolla mümkündür: dövlət büdcəsinə 2000 lari ödəməklə; şəxs çağırışaqədərdirsə, keşişdirsə və ya ilahiyyat üniversitetində oxuyursa.
2017-ci ildən 18 yaşdan 27 yaşa qədər olan gənclərə keşiş vəsiqəsini "Qirçi" tərəfindən əsası qoyulmuş "Gürcüstanın Xristian, Evangelist, Protestant Kilsəsi - Biblialı Azadlıq” dini təşkilatı verir. 6 aylıq müddətlə verilən vəsiqənin dəyəri 50 laridir. "Biblialı Azadlığ"ın keşiş vəsiqəsi ilə 50 minə qədər gənc faydalanıb. “Qırçı” bəyan edir ki, onların başlatdıqları layihə faktiki olaraq məcburi hərbi çağırışı ləğv edib.