Oni bələdiyyəsinin meri Serqo Xideşelinin sözlərinə görə, Şovidə təbii fəlakət zonasında 16 nəfər itkin düşmüş hesab olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mövcud məlumatlara görə, 18 vətəndaşın cəsədi tapılıb. Onlardan 14-nün şəxsiyyəti müəyyən edilib və 16 vətəndaşın axtarışları 24 saatlıq rejimdə davam edir. Fəlakət zonasına 80-dən çox ağır texnika cəlb olunub. Birinci mərhələ vətəndaşların ola biləcəyi 7 yerdir və təbii ki, digər yerlərdə də işlər gedir”, - Xideşəli bildirib.
Həyatını itirənlər arasında 7 yaşlı Luka Dudaşvili, 18 yaşlı Samirə İsayeva, Qiorqi Qoqinaşvili, Nino Kençadze, 26 yaşlı Davit Beriaşvili, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçevanın olduğu məlumdur.
Həyatını itirənlərin xatirəsinin hörmət əlaməti olaraq 7 avqust Gürcüstanda matəm günüdür.
Avqustun 3-də saat 15:15 radələrində kurort ərazisində təbii proseslər inkişaf edib. Palçıq axənə kurortdakı kottecləri tamamilə dağıdıb, Mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib.
2023-cü il avqustun 3-də Bubistskali çayı vadisində baş vermiş fəlakətli geoloji və hidrometeoroloji hadisələrə buzlaqın intensiv əriməsi, buzlaqın başlanğıc hissəsində qaya uçqunlarının çökməsi, atmosfer yağıntıları, sürüşmə-eroziv proseslərin və palçıq axını keçməsi səbəb olub ki, bu da sadəcə təbii amillərlə əlaqəlidir”, - qeyd olunur.
Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin ilkin rəyinə əsasən, avqustun 3-də Bubisskali çayı vadisində təbii geoloji və hidrometeoroloji hadisələrin (buzlağın intensiv əriməsi, leysan yağışlar, çayın mənbəyində qaya uçqunları, sürüşmə-eroziya prosesləri və palçıq axının keçməsi) birgə baş verməsi nəticəsində ekstremal səviyyədə palçıq axını yaranıb. Qurumun mütəxəssisləri qeyd edirlər ki, palçıq axınının tərkibi, dərənin yamacı, morfoloji şəraiti və uzaqlığı nəzərə aldıqda, fəlakətin yaranma və aktivləşmə zonasından Şoviyə, eyni adlı kotteclər kəndinə palçıq axını ilkin hesablamalara görə, 8-10 dəqiqə ərzində çatmalı idi. Rəydə bildirilir ki, bütün dünyada bu tip hadisələrin formalaşma vaxtını dəqiq proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil.