Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycan hakimiyyətinə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin blokadasını dayandırmağı tapşırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Haaqa məhkəməsi fevralın 22-də müəyyən edib ki, iş üzrə yekun qərar çıxarılana qədər Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyatın və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.
Ermənistan Azərbaycana qarşı Beynəlxalq Məhkəməyə 2021-ci ilin sentyabrında müraciət edib. İş Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozması üzrə gedirdi. 2022-ci il dekabrın 28-də Ermənistan məhkəmədən müvəqqəti tədbirin tətbiq edilməsini tələb edib. Ermənistan hakimiyyəti bildirir ki, dekabrın 12-də Azərbaycan Dağlıq Qarabağda yaşayan 120 min etnik ermənini xarici dünya ilə birləşdirən yeganə yolu bağlayıb.
“Məhkəmə bu qərarla müəyyən etdi ki, Konvensiya çərçivəsində ermənilərin hüquqlarının bərpası mümkün olmayan bir şəkildə zədələnməsi təhlükəsi var. Belə ki, Məhkəmənin qərarlarına görə, Dağlıq Qarabağın blokadası və Azərbaycanın digər hərəkətləri dərhal dayandırılmalıdır. Ermənistan vəziyyəti diqqətlə izləyəcək və Azərbaycan tərəfindən hər hansı pozuntu halında məhkəməyə məlumat verəcək. Biz beynəlxalq tərəfdaşları Məhkəmənin qərarının Azərbaycan tərəfindən dərhal icrasını təmin etmək üçün fəal addımlar atmağa çağırırıq”, - Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Öz növbəsində Azərbaycan hökuməti Beynəlxalq Məhkəmədən tələb edib ki, Laçın dəhlizində minaldırma və minaların nəqliyatını dayandırması üçün Ermənistanı məcbur etsin. Məhkəmə Azərbaycanın müvəqqəti tədbirinin tətbiqi ilə bağlı vəsatətini təmin etməyib. Məhkəmə sədrinin sözlərinə görə, Azərbaycan müvafiq sübut təqdim etməyib.
İki aydan çoxdur ki, Laçın dəhlizi özlərini ekofəal adlandıran azərbaycanlılar tərəfindən bağlanıb. Beynəlxalq insan haqları təşkilatı “Amnesty International”ın qiymətləndirməsinə görə, blokada regionda ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığına səbəb olub. Təxminən 27 min uşağın təhsil aldığı bütün məktəb və uşaq bağçaları elektrik enerjisinin olmaması səbəbindən müvəqqəti olaraq bağlanıb. Vəziyyət xüsusilə qocalar və məhdud imkanlı şəxslər, xroniki problemləri olan xəstələr üçün ağırdır. Tibbi avadanlığın olmaması səbəbindən hamilə və doğum edən qadınların sağlamlığı da risk altındadır.
“Azərbaycan hökuməti bu ərazilər üzərində suverenliyi beynəlxalq səviyyədə tanıyıb və blokadanın aparıldığı əraziyə nəzarət edir. Dağlıq Qarabağ əhalisinin ərzaq, digər zəruri mallar və dərman vasitələrinə əlçatarlığını təmin etmək Azərbaycanın məsuliyyətidir. Öz növbəsində, Rusiyanın sülhməramlı missiyasına Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək öhdəliyi düşür. Bununla belə, hər iki tərəf açıq şəkildə öhdəliklərini yerinə yetirmir”, - “Amnesty İnternational”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters deyir.
Təşkilat Azərbaycanı dərhal yolu açmağa və humanitar böhrana son qoymağa çağırır.