Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, eləcə də prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar müharibə cinayətlərində, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyasında ittiham olunurlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 4 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
“Rusiya Federasiyasının prezidenti, 7 oktyabr 1952-ci il təvəllüdlü Vladimir Vladimir oğlu Putinin əhalinin (uşaqların) qeyri-qanuni deportasiyası və əhalinin (uşaqların) qeyri-qanuni olaraq Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına köçürülməsi kimi hərbi cinayətlərə görə məsuliyyət daşıdığı ehtimal olunur. Cinayətlərin ən azı 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal olunmuş ərazisində törədildiyi ehtimal olunur”, - Haaqa Məhkəməsinin bu gün, martın 17-də yaydığı bəyanatda deyilir.
Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri prokurorun 22 fevral 2023-cü il tarixli vəsatətləri əsasında müəyyən ediblər ki, əhalinin qeyri-qanuni deportasiyası və işğal olunmuş regionlardan Rusiya Federasiyasına qeyri-qanuni köçürülməsi kimi ukraynalı uşaqlara ziyan verən hərbi cinayətlərə görə şübhəli bilinən hər bir şəxsin məsuliyyət daşıması barədə ağlabatan əsas var.
Məhkəmə zərərçəkmişlərin və şahidlərin müdafiəsini, habelə istintaqı təmin etmək məqsədilə həbs qərarı dərc etmir.
“Bundan sonra Rusiya prezidenti beynəlxalq cinayət törətməkdə şübhəli bilinən rəsmi statusa malikdir. Bu o deməkdir ki, Rusiyadan kənarda Putin saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır. Dünya liderləri onunla əl sıxmazdan və ya danışıqlar masasına oturmazdan əvvəl üç dəfə düşünəcəklər. Dünya Rusiya rejiminin cinayətkar olduğu, onun rəhbərliyi və şəriklərinin məsuliyyətə cəlb ediləcəyi barədə siqnal aldı. Bu, Ukrayna və bütün beynəlxalq hüquq sistemi üçün tarixi qərardır”, - deyə Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovanın sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarının “Rusiya üçün heç bir əhəmiyyəti yoxdur, xususilə də hüquqi baxımdan”. Zaxarovanın dediyinə əsasən, Rusiya Roma Statutunun tərəfi deyil və heç bir öhdəliyi yoxdur.
“Ukrainska Pravda” nəşrinin məlumatına görə, Ukrayna tərəfi 16 221 uşağın qanunsuz deportasiyasını qeydə alıb.