Ali Məhkəmənin hakimi Qiorqi Mikautadzenin təqdim etdiyi və anasının konkret şirkətdən əldə etdiyi gəliri təsdiq edən arayış həmin şirkətin rəsmi maliyyə hesabatları ilə uyğunsuzluq təşkil edir. Bu məsələni “Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatı araşdırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakimin əmlakı haqqında bəyannamələrdən aydın olur ki, 2022-ci ildə anası Darecan Tavartkiladze ona 100 000 ABŞ dolları, 2023-cü ildə isə 50 000 ABŞ dolları verib.
Hakim “Baxtrioni” ASC-nin 2023-cü ilin aprel ayında verdiyi sertifikatı təqdim edib, ona əsasən, Darecan Tavartkiladze 2019-cu il fevralın 4-dən şirkətdə işləyir və ay ərzində əmək haqqı olaraq 5005 lari, dividend kimi isə 17 057 lari alır.
“Baxtrioni” ASC-nin əsas fəaliyyəti özünə məxsus daşınmaz əmlakın icarəsidir. İctimai reyestrdən çıxarışa görə, Darecan Tavartkiladze şirkətin müşahidə şurasının üzvüdür.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın məlumatına görə, hakim anasının pul hədiyyəsinin mənşəyi ilə bağlı şübhəli hesabat təqdim edib. Təşkilat “Baxtrioni”nin 2019-2022-ci illər üzrə maliyyə hesabatlarını araşdıraraq belə nəticəyə gəlib ki, Darecan Tavartkiladze dividend şəklində 2,5 dəfə az, ayda 6900 lari almalı imiş.
“Avropa Komissiyasının tövsiyəsinə əsasən, Ali Məhkəmənin hakimi Qiorqi Mikautadze məhkəmənin gücləndirilməsi məqsədilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün ilkin şərtlərdən biri olan dürüstlüyün yoxlanılması mexanizminə tabe olmalıdır. Mikautadze məhkəmənin və hökumətin digər nüfuzlu hakimləri ilə birlikdə bu mexanizmin tətbiqinə qarşıdır”, - “Beynəlxalq Şəffaflıq”dan bildirilir.
Qiorqi Mikautadze Gürcüstan Ali Məhkəməsi sədrinin müavini və Mülki İşlər Palatasının sədridir. Əmlak bəyannaməsinə əsasən, o, 2023-cü ildə maaş olaraq 134 911 lari əldə edib, onun həyat yoldaşı, Tbilisi şəhər məhkəməsinin hakimi Maia Kvirikaşvilinin maaşı isə 85 513 lari olub.
Ali Məhkəmənin hakimi Tsavkisi kəndində 2020-ci ildə 90000 dollara alınmış 2500 kv.m. torpaq sahəsində fərdi yaşayış evi tikir. 2023-cü ildə tikintiyə 307 000 lari, 2022-ci ildə isə 403 500 lari xərclənib.