Milli Demokratiya İnstitutunun 2023-cü ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 64 faizinin maraqlarını ölkədə heç bir siyasi partiya təmsil etmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanda sizin maraqlarınızı təmsil edən ən azı bir partiyanın olub-olmaması ilə bağlı suala respondentlərin yalnız 24%-i belə bir partiyanın olduğu cavabını verib ki, bu da rekord səviyyədə aşağı göstəricidir. 64%-ə görə belə bir partiya yoxdur, 9%-i bilmir, 2%-i isə cavab verməkdən imtina edib.
Qeyd edək ki, “Gürcü Arzusu” tərəfdarlarının 14%, müxalifət partiyalarının tərəfdarlarının isə 36% heç bir siyasi partiyanın onların maraqlarını təmsil etmədiyi qənaətindədir. Partiyalara skeptik yanaşma xüsusilə gənc yaş qrupunda (18-34 yaşlı əhali) müşahidə olunur - cəmi 15% ən azı bir siyasi partiyanın onların maraqlarına cavab verdiyini deyir. 2022-ci ilin dekabr sorğusunun nəticələrində bu rəqəm daha yüksək, 23% olub.
Sorğuya görə, əhalinin demək olar ki, yarısı – 47%-i hakim “Gürcü Arzusu” partiyasının xalqın və ölkənin maraqlarından irəli gələrək hərəkət etmədiyi qənaətindədir. Hətta daha çox - 61% parlamentə və yerli özünüidarəetmə orqanlarına seçilən müxalifət partiyaları haqqında da eyni fikirdədir.
“Gürcü Arzusu” 55+ yaş qrupunda ən çox, ən az isə 18-34 yaş qrupunda dəstəklənir. Eynisi “Vahid Milli Hərəkat” haqqında da deyilir. Heç bir partiyanın onların fikrinə ən yaxın olmadığını deyən vətəndaşların əksəriyyətini məhz gənclər təşkil edir.
Sabah parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz sualına cavablar belə bölünüb: 34% - heç birinə, 26% - bilmirəm, 20% - “Gürcü Arzusu”, 9% - cavab verməkdən imtina, 5% - “Vahid Milli Hərəkat”, 6% - digər partiyalar.
Tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, partiyalara dəstəyin fərdi göstəriciləri o qədər aşağıdır ki, onlardan seçkilərin nəticələrini proqnozlaşdırmaq mümkün deyil.
Gürcüstan vətəndaşları hələ də Avropa İttifaqı ilə sıx siyasi (54%) və iqtisadi (52%) əməkdaşlığı ciddi şəkildə dəstəkləyirlər. Lakin bu cür istəklərə baxmayaraq, əhalinin əksəriyyətinin fikrincə, Gürcüstan hökuməti ölkənin Avropa İttifaqına daxil olması üçün kifayət qədər iş görmür.
Hər ikinci vətəndaş (51%) Gürcüstanın heç bir telekanalına inanmadıqlarını bildirir ki, bu da bu rəqəmin 20 faiz olduğu 2019-cu ildən sonra nəzərəçarpacaq artımdır.
Sorğu məlumatları daha çox qadının siyasətdə iştirak etmək istəyini də göstərir. Bu, vətəndaşların siyasi diskursda və gündəmdə dəyişiklik etmək istəməsinin sübutudur. 2014-cü illə müqayisədə qadın və kişi siyasətçilərin onların maraqlarını bərabər şəkildə təmsil etdiyini düşünənlərin sayı artıb (48%-dən 56%-ə). İndi daha az adam (cəmi 16%) kişi siyasətçilərin vətəndaşların maraqlarını qadın siyasətçilərdən daha yaxşı təmsil etdiyinə inanır. Onu da qeyd edək ki, parlamentdə qadın və kişilərin bərabər bölgüsünün tərəfdarları getdikcə daha çox olur.
Tədqiqat 17-23 mart tarixlərində Gürcüstanın yetkin əhalisi arasında (işğal olunmuş ərazilər istisna olmaqla) ölkə miqyasında keçirilən telefon sorğusunun nəticələrinə əsaslanır. Sorğuya 1032 müsahibəni ehtiva edir. Sorğunun orta xətası +/- 2 faizdir.
NDI-nin tədqiqatları Böyük Britaniya hökuməti, “UK aid” tərəfindən maliyyələşdirilir. Tədqiqat “CRRC Georgia” tərəfindən aparılıb.