Əhalinin 69 %-i Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqinin tərəfdarıdır – “NDI”

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan əhalisinin əksəriyyəti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini dəstəkləyir. “Milli Demokratiya İnstitutu”nun (MDİ) araşdırmasına görə, “Gürcüstan hökuməti Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməlidirmi?” – sualına respodentlərin 69 %-i müsbət cavab verib, 21 %-i mənfi, 10 % isə bilmədiyini deyib.

Viza rejiminin tətbiqinə dəstək Tbilisidə (79 %), 18-34 yaşlı insanlar (74 %), qadınlar (72 %) və müxalifət tərəfdarları (79 %) arasında daha çoxdur. Etnik azlıqların yaşadığı yaşayış məntəqələrindəki vətəndaşların bu məsələdə dəqiq mövqeyi yoxdur. Belə ki, 32 %-i viza rejiminin tətbiqinin tərəfdarıdır, 37 %-i tərəfdarı deyil, 31 % isə "bilmədiyini" deyir.

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd keçid statistikasına əsasən, 2022-ci ildə 1.459. 541 Rusiya vətəndaşı Gürcüstan sərhədini keçib. 2021-ci illə müqayisədə artım 401 % təşkil edir.

Araşdırmaların nəticələrinə görə, Gürcüstan vətəndaşlarının Rusiya hökumətinə münasibəti mənfidir. Belə ki, 2022-ci ilin mart ayında respondentlərin 85 %-i mənfi münasibət bəslədiyini deyirdisə, ilin sonunda, dekabrda bu göstərici 80 % olub. Rusiya hökumətinə ən müsbət münasibət etnik azlıqların məskunlaşdığı yerlərdədir (44 %). Respondentlərin yalnız 34 %-i mənfi münasibət bəslədiyini deyir, 19 %-i isə “bilmirəm” cavabını verib.

Rusiya hökumətinə münasibətdən fərqli olaraq, əhalinin əksəriyyəti (56 %) rus xalqına müsbət münasibət bəsləyir.

Əksəriyyət, yəni respondentlərin 69 %-nin fikrincə, rusların Gürcüstana daxil olması ölkəyə mənfi təsir göstərə bilər, 17 %-i müsbət təsir göstərəcəyini, 8 %-i bunu “bilmədiyini”, 6 %-i isə heç bir təsir göstərməyəcəyini hesab edir.

Sorğunun nəticələrinə görə, Tbilisidə respondentlərin 74 %-i Rusiya vətəndaşlarının Gürcüstana girişinin ölkəyə mənfi təsir göstərə biləcəyini düşünsə də, etnik azlıqların məskunlaşdığı yerlərdə əksəriyyət (38 %) rusların immiqrasiyasından fayda gözləyir. Onların yalnız 36 %-i Rusiya vətəndaşlarının ölkəyə girişinin mənfi təsir göstərə biləcəyinə inanır, 23 %-i isə bilmədiyini deyir.

Əksəriyyət – 57 % üçün hökumətin Rusiya vətəndaşlarının ölkəyə girişinə yanaşması qəbuledilməzdir, 29 %-i bunu məqbul hesab edir, 13 %-i bilmədiyini deyir. Rusiya vətəndaşlarının ölkəyə girişi ilə bağlı dövlət siyasətini tənqidi qiymətləndirənlər ən çox Tbilisi əhalisi (64 %), qadınlar (61 %) və müxalifət tərəfdarlarıdır (71 %).

Tədqiqat ölkə miqyası üzrə üzbəüz sorğu üsulu ilə dekabrın 3-dən dekabrın 20-dək aparılıb. Orta xətanın sərhəddi ±1,6 %-dir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur