“Bu gün siz yavaş-yavaş rəng dəyişməyə başlayan hökumətsiniz. Ölkə demokratiyasının təməl daşı kimi dövlət institutlarını gücləndirmək əvəzinə, təkpartiyalı sistem və onun təsirləri gücləndirilir. Sürətləndirilmiş rejimdə qəbul edilən qanunlar (telefonların dinlənilməsi haqqında qanun, dövlət müfəttişi xidmətinin ləğvi, hakimlərin təyinatı qaydalarına dəyişikliklər və xarici agentlər haqqında qanun) ölkədə demokratiyanın gücləndirilməməsinə və ya vətəndaşların rifahına deyil də hakimiyyətin möhkəmləndirməsi və müddətinin uzadılmasına xidmət edir”, - Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin növbədənkənar yaz iclasında çıxış edərkən deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezidentin sözlərinə görə, ölkənin gələcəyi üçün zəruri olan məhkəmə islahatı dalana dirənib. Hakimiyyət illərdir eyni adamların fırlandığı tilsimlənmiş dairəni qıra bilməyib ki, bu da hakimiyyətin möhkəmlənməsinə xidmət edir ola bilər.
“Gürcü Arzusu”ndan fərqli fikirlərə, siyasi zövqə malik insanlar axışmağa başladılar, artıq sizin sıralarınızda bir azca fərqli fikir də eşidilmir, çünki bu, avtomatik olaraq mandatdan çıxmaq deməkdir. Partiyanın hökumətə və parlamentə təsiri güclənməyə başladı və qərar qəbuledici məkana çevrildi. Partiya sədri bütün siyasi məsələlərdə öz mövqeyini əvvəlcədən açıqlayır və ən əsası isə qərarların qəbulu prosesi qaranlıqlaşdı, hələ açıq müzakirələrə heç nə demirəm.
Siz son illər ərzində atdığınız anlaşılmaz addımlarla ölkənin xarici məqsədinə, xalqın mandatına qarşı çıxan hökumətsiniz.
2019-cu ildə Qavrilovu gətirməklə siz ilk dəfə ölkə ilə bağlı şübhələr və sual işarələri yaratdınız, lakin reallıqda hökumətin xarici kursunda dəyişiklik 2021-ci ildən, “Gürcü Arzusu” partiyasının o vaxtkı sədri cənab Bidzina İvanişvilinin Gürcüstan siyasətini tərk etdiyi vaxtdan başlayır. Burada, bu, yeni kursda kimin məsuliyyət daşıdığına dair böyük anlaşılmazlıq başlayır.
Bunun ən bariz nümunəsi Avropa Şurasının ali rəhbərini təhqir etmək və onun iştirakı ilə tərtib edilmiş sənədi elə sıfırlamaqdır ki, heç kim ona xəbərdarlıq belə etməyi lazım bilməyib. Elə həmin il Aİ-nin krediti rədd edildi. Heç vaxt anti-Avropa ritorikasını,tərəfdaşlarımızı ittiham və təhqir etməyi dayandırmadınız. Bütün bunlar nəhayət o həddə çatdı ki, biz Aİ-nin keçmiş səfirini ölkədən töhmət və ittihamlarla yola saldıq.
Ukraynaya münasibətdə isə, nə diplomatiya, nə müdriklik, nə də bizə uyğun olan tarixi həmrəylik göstərdik.
Bəli, biz BMT-nin qətnamələrinə qoşuluruq, amma ayrılsaq, bütün digər mənəvi, siyasi həmrəylik ifadələrindən qaçırıq. Fevralın 25-də tamamilə yersiz yerdə bəyan edirik ki, biz sanksiyalara qoşulmuruq, o halda ki, əksinədir və deyə bilərik ki, biz öz milli sanksiyalarımızı tətbiq edə bilmərik və tətbiq etməyəcəyik, amma beynəlxalq sanksiyalara qoşuluruq - nə bizdən, nə də Moldovadan artığını heç kim istəmirdi.
Bütün Avropanın ayrılmağı lazım bildiyi bir vaxtda ehtiyat etdik və Avropa Birliyinin qoyduğu məhdudiyyətlərə qoşulmadıq. O vaxt Belarus prezidenti bizdən ehtiyat etmədi, ərazi bütövlüyümüzdən ehtiyat etmədi, işğal qanununu pozdu və tanınmama prinsipinə xəyanət etdi - bizə əcəb oldu!
Son iki ildə biz Rusiyanı qıcıqlandırmamaq üçün nəzərəçarpacaq dərəcədə ehtiyatlı davranmışıq ki, bu, başa düşüləndir, amma dostlarımıza və tərəfdaşlarımıza niyə eyni nəzakət və ehtiramla ilə yanaşmırıq, aydın deyil. Nəticədə bu gün biz, ilk növbədə, ənənəvi olaraq bizə dəstəyi ilə seçilən Avropa ölkələri ilə diplomatik münasibətləri korladıq.
Bu son iki ildəki ritorika və hərəkətlərlə siz 9 illik idarəçilik istiqamətinizi sildiniz, dəyişdiniz və xalqınızın, seçicinizin iradəsindən, mandatından uzaqlaşdınız.
Bütün bunların nəticəsində 2022-ci il, iyunun 17-də Gürcüstan namizəd statusunu ala bilmədi.
İndi isə soruşmaya bilmirəm ki, niyə insanların israrını başa düşmürsünüz?
Gürcü xalqı dəfələrlə öz iradəsini və seçimini ifadə edib (31 mart, 9 aprel, 14 aprel, 26 may) və bu gün də sizə hansı gələcəyi istədiyini, harada olmaqistəmədiyini açıq şəkildə bildirir.
Gürcü xalqı sizi başa düşmək üçün üç dəfə meydanlara çıxdı- siyasi partiyaların çağırışı ilə, əcnəbilərin diktəsi ilə, sifarişlə, pulla, dövlət çevrilişi üçün, sui-qəsdlərə deyil də öz Avropa gələcəyi üçün.
2020-ci il 20 iyunda sizə, Rusiyanı heç bir formada və bir saniyə belə istəmədiklərini dedilər.
2022-ci il martın 4-də sizə, dost ölkə Ukraynaya həmrəylik elan etdiklərini və iki ölkənin birgə Avropa yoluna alternativin olmadığını dedilər.
2023-cü il 7-8 mart tarixlərində sizə, necə bir gələcək istədiklərini və Avropa gələcəyinin itirilməsini heç vaxt qəbul etməyəcəklərini söyləyəcək.
Gürcü xalqının çağırışı son dərəcə açıq və aydındır - bunu dünya çox gözəl anladı və gördü. Siz hakimiyyət isə başa düşmədiniz ki, siz xalq qarşısında öhdəlik daşıyırsınız və mandatınız var, gürcü xalqı öz iradəsinin icrasını sizə həvalə edib.
Müxalifətin gah bitməyən boykotlar elan edib işi korlamaqda, gah Brüsselə, Amerikaya ölkə üçün zərərli mesajlar aparmaqda və mövqeləndirməkdə günahlarının olması nə qədər doğru olsa da, məsuliyyətin aslan payı yenə də hakimiyyətin üzərinə düşür.
Buna görə də, müxtəlif üsullarla - modelləşdirilmiş ssenarilər, konspirasiyalar, sui-qəsd nəzəriyyələri və xalqı təhqir etməklə nəticənin əldə edilməməsinin günahını nə qədər başqasının üzərinə atmağa çalışsanız da, bu, xalqın gözündə sizin məsuliyətinizi və onların iradəsini yerinə yetirməməniz gerçəyini dəyişməyəcək.
Xalqı Avropanın milli maraqlarımıza, dəyərlərimizə, hətta sülhə zidd olduğuna inandırmağa nə qədər çalışsanız da, buna nail ola bilməyəcəksiniz. Bir əsrdən artıqdır ki, gürcü xalqı Avropanın nə olduğunu, niyə Avropanı istədiyini və Avropa dəyərlərinin gürcü dəyərlərinə tam uyğun olduğunu bilir.
Konspirativ ikinci cəbhə nəzəriyyələrini nə qədər yaymağa çalışsanız da, gürcü xalqı çox yaxşı bilir ki, Avropa İttifaqının yaradılma ideyası müharibəyə deyil, sülhə xidmət edir. Avropa İttifaqı Gürcüstanda birbaşa olaraq Aİ-nin müşahidə missiyası formasında ölkəmizin əmin-amanlığına və dinc inkişafa xidmət edir.
Ona görə də əvvəlki hakimiyyətin istifadə etdiyi, Rusiya və separatçıların mesajları ilə şübhəli şəkildə üst-üstə düşən bu modelləşdirilmiş ssenariləri xalqa nə qədər sırısanız da, nəticə əldə edə bilməyəcəksiniz. Faktdır ki, Tiflis və Moskva bu ikinci cəbhə mövzusunda eyni dildə danışır.
Avropa və milli maraqlarımızın bir-birinə zidd olduğunu nə qədər sübut etməyə çalışsanız da, reallıqdan qaça bilməzsiniz, çünki ərazinin qorunması, işğaldan azad edilməsi, müdafiə qüvvələrinin gücləndirilməsi, əhalinin təhlükəsizliyi , iqtisadiyyatın və təhsilin inkişafı, bütün bunları tərəfdaşlarımızla sıx əlaqə və əməkdaşlıq olmadan ağlasığmaz və qeyri-mümkündür.
Biri mənə desin ki, Qara dənizdə sualtı kabelin çəkilməsi kimin maliyyəsi hesabınadır və bizi Avropa ilə deyil də kiminlə birləşdirir?
Biri mənə desin ki, Avropa təhsil və elm məkanına qoşulmasaydı, bizim təcrid olunmuş təhsil sistemimiz necə inkişaf edərdi?
Və nəhayət, unutmamalıyıq ki, Avropa standartlarına yaxınlaşma əməyin mühafizəsi, əmək məcəlləsinin müasir standartlarla müvafiqliyə gətirilməsi, təhlükəsizlik normaları, ətraf mühitin mühafizəsi standartları və s. kimi mühüm irəliləyişlərə səbəb olub. Gürcüstanın milli maraqlarını təcrid olunmuş şəkildə qorumaq mümkün deyil və bizim Avropa perspektivimizin alternativi yoxdur!”