“Bu, son 12 gündə müşahidə etdiyimiz spekulyasiyaların bir hissəsidir. Bu, müəyyən qrupların hansısa yolla nifaq mühiti yaratmaq istəyidir. [İrakli Kobaxidze] Heç bir şəkildə, kiminsə fiziki olaraq nəsə edə bilib-bilməyəcəyini nəzərdə tutmayıb. Orada necə bir fəlakətin olduğunu İrakli Kobaxidzenin özü də görüb. Siz də orada idiniz və onun hansı miqyasda olduğunu gördünüz. Orada çox ağlasığmaz şeylər var və biz xilasedicilərin işinin necə çətin olduğunu görə bilirdik. Xilas olan vətəndaşlara gəlincə, təbii ki, heç kim kiminsə fədakarlığına şübhə etmir və əksinə”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İrakli Kobaxidzenin bəyanatını şərh edərkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Guya, kimsə orada qalan vətəndaşların fədakarlığını, qarşılıqlı dəstəyini aşağılayır. Bu fəlakətdən ağ çıxan 210 nəfərin hamısı vətəndaş cəsarəti və bir o qədər də fədakarlıq göstərdi. ...Təbii ki, o insanların emosional vəziyyətinə düşmək çətindir. Təbii fəlakətin episentrində olanda müəyyən qorxu hissi yaranır, eyni zamanda bunun müəyyən səfərbərliyə səbəb olduğunu da düşünürsən və biz bu səfərbərliyin nümunələrini bir-birinə kömək edən müxtəlif vətəndaşlardan gördük”, Papuaşvili deyib.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze avqustun 14-də palçıq kütləsindən sağ çıxan Davit Jeladzenin bacısı uşaqlarından birini, 6 yaşlı Maşonu fəlakət zonasının ortasından belinə qədər palçığa batmış şəkildə o biri tərəfə, nisbətən təhlükəsiz yerə necə daşıya bilməsi haqqındakı hekayəsini spekulyasiya adlandırıb.
Mütəxəssislər Kobaxidzenin bu açıqlamasını Şovidə təbii fəlakətdən sağ çıxan insanlara təzyiq kimi qiymətləndiriblər ki, onlar daha fəallıq göstərməsinlər və hökumət əleyhinə ifadələr verməsinlər. Hökumət iddia edir ki, təbii fəlakət o qədər sürətlə inkişaf edib ki, onu dəf etmək mümkün olmayıb.
Təbii fəlakətdən zərər çəkmiş Davit Jeladzenin fikrincə, hakim partiya sədrinin bəyanatı təhqiramiz və gözlənilməz olub - “Yəqin ki, Şovidə baş verən dəhşətli hadisələrin ictimailəşdirilməsini istəmir”.
Avqustun 3-də Raçada Buba dağından gələn palçıq kütləsi Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştiraklarını dayandırıblar. İndiyədək 25 cəsəd tapılıb, itkin düşən 8 nəfərin axtarışı davam edir. Hökumət rəsmiləri faciəni dəf etməyin mümkün olmadığını iddia edirlər, müstəqil mütəxəssislər isə bununla razılaşmır.