Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili avqustun 3-də Şovidə baş vermiş təbii fəlakətdən sonra başlayan xilasetmə əməliyyatı ilə bağlı “biz heç nəyi əksik etmədik” deyib. Onun sözlərinə görə, hadisə barədə 112-yə saat 15:10-da məlumat verilib, bundan sonra dərhal aviasiya qüvvələrinin səfərbər edilməsinə qərar verilib və 3 saatdan az vaxt ərzində ilk helikopter təbii fəlakət bölgəsindən insanların təxliyyəsinə cəlb edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Kutaisidə səfərbər olunan helikopter çevik xilasetmə qrupu ilə birlikdə, təəssüf ki, çətin meteoroloji şəraitə görə havaya qalxa bilməyib, lakin Tbilisidən çevik reaksiya qruplarının da olduğu iki helikopter Şoviyə müvafiq ağır texniki vasitələrlə eniş edərək axtarış tədbirləri və təxliyəyə cəlb olunub. Xilasetmə tədbirlərinə cəlb olunmuş helikopter təbii fəlakət zonasında, “Sanset Şovi” yaxınlığındakı meydana kifayət qədər çətin meteoroloji şəraitdə eniş edib və bilavasitə sürüşmə baş verən ərazidən 70 nəfəri təhlükəsiz yerə təxliyyə edib. Onlar uşaqlar və qocalar olub”, - Bu barədə Temur Mqebrişvili bu gün keçirilən brifinqdə bildirib.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbərinin sözlərinə görə, təbii fəlakətin baş verdiyi ilk gecə helikopterlərdən istifadəyə ehtiyac olmayıb.
“Biz xilasetmə əməliyyatlarında iştirak edən helikopterlərdən istifadə etmişik, bu günədək istifadə edirik, sabah da istifadə edəcəyik. Razılaşırıq ki, onlar gecə uça bilmirlər. Bir daha, tam məsuliyyətimlə deyirəm, həmin gecə helikopter nə qədər təchiz olunsa da, ilk növbədə, buna ehtiyac yox idi, lazım olsa belə, risk yüksək idi. Bununla belə, lazım olsa, yəqin ki, yenə də risk edib hərəkətə keçərdik.
Niyə risk etmədik və niyə ehtiyac yox idi: yerdə səfərbər edilmiş müvafiq termal dronlarımız var idi ki, bu da palçıq basmış ərazini və həmçinin meşə massivinə daxil olan işçi qüvvəsini çox asanlıqla qeydə alırdı. Ərazinin olduqca mürəkkəb relyefi var, qayalıq və dağ massivi çox mürəkkəbdir və paralel olaraq yüksək gərginlikli naqillər var idi. Termal dronların köməyi ilə insanların təhlükəsiz yerdə toplaşdıqları yerləri aşkar etdik. Baş verən faciədən və insanlar həlak olduqdan sonra, siz çox yaxşı bilirsiniz ki, heç kimin bir tükünə belə zərər dəyməyib- biz heç bir can itirməmişik və üstəlik, xəsarət alan da olmayıb”, - Temur M]ebrişvili bildirib.
Avqustun 10-na olan məlumata görə, təbii fəlakət zonasında 21 cəsəd tapılıb, 12 nəfər itkin düşmüş hesab olunur. Həlak olanlar və itkin düşənlər arasında uşaqlar da var. Kurort ərazisindən ümumilikdə 210 nəfər təxliyə edilib.