Hökumət Avropa çempionatı üçün 3000 təyyarə biletinə subsidiya verəcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İyunun 18, 22 və 26-da Avro-2024-də futbol üzrə Gürcüstan milli komandasına dəstək olmaq üçün 3000-ə yaxın azarkeş Gürcüstan hökumətinin təşkil etdiyi xüsusi çarter reyslərindən yararlanaraq, güzəştli qiymətə aviabilet ala biləcək. Tək tərəfli aviabiletin qiyməti 195 avro təşkil edəcək. Müvafiq olaraq, gediş-qayıdış bileti 390 avroya başa gələcək.

Həftə sonunda sudsidiya olunmuş aviabiletlərin satışına başlanılacaq. Aviabileti  futbol matçına bileti olan Gürcüstan vətəndaşları ala biləcəklər.

“İyunun 18, 22, 26-da Gürcüstan millisinin müvafiq yarımqrupda oyunları keçiriləcək və bu matçlara mümkün qədər çox gürcü azarkeşin gəlməsi çox vacibdir. Bunun üçün isə səyahəti daha ucuz və asanlaşdırmaq vacibdir. Müvafiq olaraq tədbir gördük. Subsidiyalı çarter reysləri planlaşdırılıb, hə çinin müntəzəm reysləri də subsidiyalaşdırırıq. Bu uçuşlar matç tarixlərinə uyğunlaşdırılacaq.

Birbaşa uçuşlar Almaniyanın Dortmund, Hamburq, Köln və Düsseldorf şəhərlərinə həyata keçiriləcək. Ümumilikdə 3000 azarkeşin sudsidiya olunmuş biletləri əldə etmək imkanı olacaq. Tbilisi Beynəlxalq Hava Limanından 2000-ə yaxın, Kutaisi Beynəlxalq Hava Limanından isə 1000-ə yaxın azarkeş birbaşa reyslə təmin olunacaq.

Subsidiya ilə bir tərəfli reysin qiyməti 195 avro olacaq, müvafiq olaraq iki tərəfli rüysin qiyməti 390 avro təşkil edəcək. Azarkeş səyahət cədvəlini özü qura biləcək, 1, 2 və ya 3 matçda iştirak edə biləcək. Bu biletləri futbol matçına biletləri olan Gürcüstan vətəndaşları ala biləcəklər. Aviabiletləri alarkən müvafiq matç bileti təqdim edilməlidir. Biz həftənin sonuna kimi biletləri müvafiq elektron platformada satışa çıxaracağıq”, - deyə İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Tbilisi və Kutaisi beynəlxalq hava limanlarından çarter reysləri “Georgian Wings” (Tbilisi), “Georgian Airways” (Tbilisi), “Wizz Air” (Kutaisi) və “Gasa” şirkəti (Tbilisi) ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur