Nadir xəstəlik - axondroplaziyayalı uşaqların valideynləri iki həftədir ki, hökumət administrasiyası binası qarşısında fasiləsiz etiraz aksiyası keçirir və gecələrini açıq havada sabahlayırlar. Polis onlara bir çadır qurmağa belə icazə vermir. Aprelin 30-da analar hətta güclü yağışdan sığındıqları sellofandan da məhrum ediliblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Valideynlər övladları üçün yeganə şey tələb edirlər - Aİ və Amerikada lisenziyalı və təsdiqlənmiş olan dərman. Gürcüstanda axondroplaziya diaqnozu qoyulan bir çox uşağın sağlamlıq vəziyyəti kritikdir. “İnqilabi dərman” uşaq tərəfindən böyümə dövründə qəbul edilməlidir. Ona görə də onlar üçün keçən hər gün itirilir.
“Hava pisləşəndən sonra çadır gətirdik və onu qurmağa çalışdıq. Polislər əlimizdən aldılar, qaytarmadılar, açmağa haqqınız yoxdur dedilər. Onu qurmağın bizə hansı maddə ilə qadağan olunduğunu soruşduq. Demədilər - özünüz axtarın dedilər.
Biz də çadır qurmaq üçün binadan aralıda alternativ yer təklif etdik, lakin buna da razı olmadılar. İstəmirik ki, dava-dalaş olsun, kimsə həbs olunsun. Ona görə də biz daha çadır qurmağa çalışmadıq və soyuqda da, yağışda da açıq hava altındayıq”, - aksiya iştirakçılarından Makuna Qoçiaşvili deyir.
Mövcud qanunvericiliyə əsasən, çadır qurmaq hüququ yolun hərəkət hissəsini maneə törədir, binanı girişi məhdudlaşdırır və ya müəssisənin fəaliyyətini pozursa, məhdudlaşdırıla bilər.
Daxili İşlər Nazirliyinin qərarı hətta Gürcüstanın məhkəmə praktikasına da ziddir.
Etiraz aksiyaları zamanı çadır qurmaq Tbilisi şəhər və apellyasiya məhkəmələri tərəfindən toplaşmaq və fikir bildirmək kimi konstitusion hüquqlarının bir hissəsi hesab olunur.
2016-cı il avqustun 31-də Tbilisi şəhər məhkəməsi “Partizan bağçaçılığı” üzvlərinin iddiası ilə bağlı qərarında bildirib ki, toplaşmaq və nümayiş hüququna toplanış yerini, vaxtını, formasını və məzmununu seçmək hüququ daxildir ki, bu da müvəqqəti tikililərin yerləşdirilməsini mümkün hesab edir . 7 il əvvəl məhkəmə bu qərarla iddiaçıların Tbilisi meriyası qarşısındakı meydanda, seçdikləri yerdə çadır qurmaq tələbini təmin edib.
İşlərdən birində Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər üzrə Palatası 9 fevral 2018-ci il tarixli qərarında belə izah edib ki, “Gürcüstan Konstitusiyası fərdə ifadə formasını, vasitələrini və yerini öz mülahizəsinə uyğun seçmək imkanı verir. Xüsusən də onun qanunla təmin edilmiş hüququ var ki, öz fikrini küçənin bir hissəsində və məqsədəuyğun hesab etdiyi formada ictimai və dinc şəkildə ifadə etsin. Nəinki danışmaq, bəyanat verməklə, həm də səssiz formada və ya qüvvədə olan qanunvericiliyə zidd olmayan müvəqqəti tikililər tikməklə də fikir ifadə rtmək mümkündür.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin çadırda heç bir yük olmadığı və üstəlik, çadırın yerləşdirilməsi hüququnun həyata keçirilməsi üçün zəruri vasitə sayılmadığı hallarda verdiyi qiymətləndirməni bölüşməmişdir. Toplantıda patrul polis idarəsi tərəfindən etirazçıların çadırının Baş Prokurorluğun qarşısına qoyulmasının qarşısının alınması qüvvədə olan qanunvericiliyə uyğun olub.
Apellyasiya Məhkəməsinin qərarına əsasən, Baş Prokurorluqda çadırın qurulması fikir bildirməyin zəruri formalarından biri olub və məhkəmə bunu toplaşmaq hüququnun həyata keçirilməsi üçün lazımsız və mənasız vasitə kimi qəbul etməməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi çadırın yerini müəyyən etmək mümkün olmadığından iddiaçıların çadır qurmasına mane olan polisin hərəkətini qanunsuz hesab etməyib. Qanun prokurorluğun girişindən iyirmi metr radiusda toplaşmaq və ya nümayişi qadağan edir.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin çadırda heç bir məzmuni əhəmiyəti olmadığı və üstəlik, çadırın yerləşdirilməsi hüququnun həyata keçirilməsi üçün zəruri vasitə sayılmadığı hallarda verdiyi qiymətləndirməni bölüşməyib. Yığıncaqda patrul polis idarəsi tərəfindən etirazçıların çadırının Baş Prokurorluğun qarşısına qoyulmasının qarşısının alınması qüvvədə olan qanunvericiliyə müvafiq olub.
Apellyasiya Məhkəməsinin qərarına əsasən, Baş Prokurorluq qarşısında çadırın qurulması fikir ifadəsinin zəruri formalarından biri olub və məhkəmə bunu toplaşmaq hüququnun həyata keçirilməsi üçün lazımsız və mənasız vasitə kimi qəbul etməməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi çadırın yerini müəyyən etmək mümkün olmadığından iddiaçıların çadır qurmasına mane olan polisin hərəkətini qanunsuz hesab etməyib. Qanun prokurorluğun girişindən iyirmi metr radiusda toplaşmaq və ya nümayişi qadağan edir.
Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilən əsaslandırma Tiflis Şəhər Məhkəməsinin inzibati işlər üzrə kollegiyası tərəfindən 3 dekabr 2018-ci il tarixli qərarda - uşaqları öldürülən atalar Zaza Saralidze və Malxaz Maçalikaşvilinin həmin ilin sentyabrında parlament binası qarşısında təşkil etdiyi aksiyada çadırın qurulmasının qadağan edilməsi ilə bağlı işi üzrə də təkrar edilmişdir.
Amma bu işdə polisin bu qadağasının qanuni olub-olmadığını məhkəmə müzakirə etməyib, çünki proses zamanı nümayiş iştirakçılarına çadır qurmağa icazə verilib. Məhkəmə hökmdə iddiaçıların maraqlarının təmin olunduğunu və mübahisənin davam etdirilməsi üçün artıq hüquqi əsasın olmadığını bildirib.
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bildirir ki, axondroplaziyalı uşaqların valideynləri hökumət administrasiyası binası qarşısında çadır qurmaq hüququna malikdirlər.
“İnzibati orqanın yanında çadır, selofan və ya təhlükəli olmayan hər hansı əşya qurula bilər. Bu, demokratik standartdır, başqa ölkələrdə aksiyalar belə aparılır. Bu elementardır. Bunun üçün hüquq və ya böyük fəlsəfə bilikləri tələb olunmur, hər kəsin bunu etmək hüququ var, xüsusən də iki həftəyə yaxındır burada gecələyənlərin ki, onlardan bəzilərinin səhhəti də pisləşib”, - İoseliani mayın 1-də bildirib.
Polis etiraz aksiyasında iştirak edən analara çadır qurmaq icazəsini indiyədək verməyib. Daxili İşlər Nazirliyi valideynlərin konstitusion hüququnu hansı əsasla və nəyə görə məhdudlaşdırdığını izah etmir.