“Gürcüstan hökuməti şəffaflıq və hesabatlılıq baxımından hamıya nümunə olmalıdır. Bizim hər bir qərarımız vətəndaşlar üçün mümkün qədər ictimai olmalıdır və biz bunu digər dövlət qurumlarından da tələb edəcəyik”, - Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İclasdan sonra jurnalist baş nazirin müavini Levan Davitaşviliyə İrakli Ğaribaşvilinin baş nazirliyi dövründə dövlət əmlakının özəlləşdirildiyi və hökumətin ictimailəşdirmədiyi fərmanların ictimai olub-olmayacağı barədə sual ünvanlayıb.
“İctimaiyyətin hökumətin qərarlarından xəbərdar olması barədə halı təsdiqləyirəm. Bu, baş nazirin qərarı idi və bu barədə mütəmadi məlumat əldə edəcəksiniz. İkinci hissədə sizinlə razılaşmıram, heç kim heç nəyi özəlləşdirmir, sadəcə olaraq hökumət dövlət əmlakına fərman vermək və ya fərmanında dəyişiklik etmək barədə qərar qəbul edir ki, bu da yüksək ictimai maraq və dövlət maraqlardan irəli gəlir. Ona görə də, gəlin bu məqamı daha konkretləşdirək, informasiyaya əlçatanlıq məsələsinə gəlincə, bəli, baş nazirin qərarına uyğun olaraq, sizin tam məlumatınız olacaq”, - Davitaşvili bildirib.
İrakli Ğaribaşvilinin baş nazirliyi dövründə Gürcüstan hökumətinin administrasiyası ən qeyri-şəffaf və qapalı qurumlardan biri idi. Hökumət administrasiyası nəinki 1 lariyə özəlləşdirilən dövlət əmlakı, hətta digər mühüm məsələlər barədə də ictimai məlumat verməyib.
“Beynəlxalq Şəffalıq - Gürcüstan”nın məlumatına görə, 2023-cü ildə Gürcüstan hökuməti 48 iclasda ən azı 531 fərman layihəsinə baxıb və onlardan bu günə qədər heç biri ictimailəşdirilməyib.
Ötənilki fərmanların 23%-i – 531 fərmandan 122-si dövlət əmlakının müxtəlif formalarda konkret şəxslərə verilməsi və ya dövlət qarşısında qəbul etdikləri şərtlərə yenidən baxılması ilə bağlı idi.