Gürcüstan hökuməti Olimpiya çempionları üçün bir milyon lari, gümüş medalçılar üçün yarım milyon, bürünc mükafatçılar üçün isə 250 min lari ayıracaq. Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 4 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
“Ənənəvi olaraq, Olimpiya Oyunlarından əvvəl mükafat təsis edilir və bu halda Gürcüstan hökuməti tərəfindən Olimpiya çempionları üçün bir milyon lari, gümüş medal üçün yarım milyon lari, bürünc mükafatçılar üçün isə 250 min lari ayrılacaq.
Əminəm ki, çempionluq uğrunda sona qədər mübarizə aparmaq üçün əlavə motivasiyaya ehtiyacınız yoxdur, lakin bu, yəqin ki, motivasiyanızı artıracaq əlavə amildir”, - Kobaxidze gürcü olimpiyaçılarının Olimpiya Oyunlarına yola salma mərasimində çıxışı zamanı deyib.
İrakli Kobaxidze idmançılara uğurlar arzulayıb və hökumətin Olimpiya komandasına dəstəyinin ildən-ilə artacağına söz verib.
2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı iyulun 26-da baş tutacaq və avqustun 11-də başa çatacaq. Olimpiya lisenziyasını 28 gürcü idmançı əldə edib:
- Nino Salukvadze (güllə atəşi)
- Laşa Guruli (boks)
- Qiorqi Kuşitaşvili (boks)
- Qoderdzi Dzebisaşvili (sərbəst güləş, 65 kq.)
- Vladimir Qamkrelidze (sərbəst güləş, 86 kq.)
- Qivi Maçaraşvili (sərbəst güləş, 97 kq.)
- Qeno Petriaşvili (sərbəst güləş, 125 kq.)
- Ramaz Zoidze (Yunan-Roma güləşi, 67 kq.)
- Robert Kobliaşvili (Yunan-Roma güləşi, 97 kq.)
- Laşa Qobadze (Yunan-Roma güləşi, 87 kq.)
- Sandro Bazadze (qılıncoynatma)
- Luba Qolovina (batutla tullanma)
- Şota Mişvelidze (ağır atletika, 61 kq.)
- İrakli Çxeidze (ağır atletika, 102 kq.)
- Laşa Talaxadze (ağır atletika, + 109 kq.)
- Qiorqi Sardalaşvili (cüdo, 60 kq.)
- Vaja Marqvelaşvili (cüdo, 66 kq.)
- Laşa Şavdatuaşvili (cüdo, 73 kq.)
- Tato Qriqalaşvili (cüdo, 81 kq.)
- Laşa Bekauri (cüdo, 90 kq.)
- İlya Sulamanidze (cüdo, 100 kq.)
- Quram Tuşişvili (cüdo, +100 kq.)
- Eter Liparteliani (cüdo, 57 kq.)
- Eter Askilaşvili (cüdo, 63 kq.)
- Sofia Armenişvili (cüdo, 73 kq.)
- Lika Xarçilava (atletika - qaçış, 100 m)
- Ana Nijaradze (üzgüçülük, kəpənək, 100 m)
- Noe Pantsxava (arxasıüstə üzgüçülük, 100 m)
Gürcüstanın cüdoçulardan ibarət qarışıq komandası tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında komanda birinciliyində mübarizə aparacaq.