Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, baş nazir ədliyyə nazirinə tikinti amnistiyası layihəsi üzərində işləməyi tapşırıb. Amnistiya yalnız fiziki şəxslərin mülkiyyətində olan torpaq sahəsində tikinti sənədləri olmadan tikilmiş fərdi yaşayış evlərinə şamil ediləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hamıya məlumdur ki, Gürcüstanda fərdi yaşayış evləri kütləvi şəkildə tikilir, onların tikintisinə nə icazə verilməyib, nə də tikinti sənədləri yoxdur. Məhz buna görə də dövlət reyestrinin yeni çıxarışlarında göstərilib ki, torpaq sahəsində tikinti sənədləri olmayan binalar və tikililər mövcuddur ki, bu da mülkiyyət hüququnun qüsurlu olması və müvafiq olaraq, həmin obyektlərin həcmi ilə iqtisadi dövriyyədə yer almaması deməkdi. Bundan əlavə, bu problem həm də bir milyondan çox insanı əhatə edən cərimələr və ya sökülmə riski ilə əlaqələndirilir.
Amnistiya layihəsi 2024-cü il yanvarın 1-dək fiziki şəxslərin mülkiyyətində olan, tikinti sənədləri olmayan bina və tikililərə şamil ediləcək və bunlar fərdi yaşayış evləri olmalıdır”, - deyə ədliyyə naziri Rati Breqadze bildirib.
Turistik baxımdan aktiv olan zonalarda, Mtsxeta, Kazbeqi, Xevsureti, Tuşeti, Svaneti və başqa yerlərdə icazəsiz tikilmiş evlər mədəni irs abidələrini və ətraf mühiti əhəmiyyətli dərəcədə təhrif edib.
Mtsxeta şəhəri və orada yerləşən Svetitsxovli Katedralı, Jvari və Samtvoro monastırları 1994-cü ildə YUNESKO tərəfindən dünya irsi abidələri siyahısına daxil edilib, lakin 2009-cu ildə təşkilat Mtsxetanı təhlükə altında olan abidələr siyahısına alıb. Məhz bu səbəbdən 2015-ci ildə Mtsxetada tikinti moratoriumu elan edilib. 2017-ci ildə Uşqulidə də tikinti moratoriumu elan edilib - icazələrin verilməsi, o cümlədən xüsusi mülkiyyətdə olan torpaq sahələrində yaşayış evlərinin tikintisi üçün də dayandırılıb. Buna baxmayaraq, bu və digər rayonlarda icazəsiz tikinti davam edib.