Hökumət məhkəmə sistemində korrupsiyanın araşdırılması üçün istintaq komissiyasının yaradılması təşəbbüsünü düşürüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentdə müxalifətçi deputatların təşəbbüsü ilə məhkəmə sistemindəki korrupsiya və digər qanunsuz əməlləri araşdırmalı olan müvəqqəti istintaq komissiyası yaradıla bilməyib. Parlamentin bugünkü iclasında “Gürcü Arzusu”nun deputatları ABŞ-ın korrupsiyaya görə sanksiya tətbiq etdiyi, “Məhkəmə Klanı”nın liderləri kimi tanınan və hakimlərlə həmrəylik bildiriblər və bugünki iclasa qeydiyyatdan keçməyiblər. Kvorum üçün 76 deputat vacib idi, qeydiyyatdan isə 51 deputat keçib.

Əgər kvorum yaranarsa, istintaq komissiyasının yaradılması üçün ən azı 50 səs lazım idi ki, bu da müxalifətdə var idi.

İstintaq komissiyasının yaradılması ilə bağlı qərar layihəsi müxalifətçi deputatlar tərəfindən ötən ilin dekabrında qeydə alınsa da, səsə bu gün, aprelin 18-də qoyulub.

“İslahatlar Qrupu”nun sədri Xatuna Samnidze layihəni təqdim edərkən qeyd edib ki, bu məsələ Amerika Birləşmiş Ştatlarının üç cari və bir keçmiş hakimə qarşı sanksiyalar tətbiq etməsindən sonra xüsusilə aktuallaşıb. Samnidzenin sözlərinə görə, tərəfdaş ölkənin bu qərarına Gürcüstanın cavab verməsi lazımdır.

“Biz, müxalifət hesab edirik ki, bunun cavabı istintaq komissiyasının yaradılması və komissiya çərçivəsində məhkəmədə mövcud olan və mövcud olmaqda davam edən bütün sistemli problemlərin öyrənilməsi olacaq. Avropalı tərəfdaşlarımızın əsaslı islahatlara ehtiyac olduğunu gördükləri Avropa İttifaqına namizəd ölkə statusunun alınması ilə bağlı 12 bəndlik tövsiyələrdəki məsələlərdən biri də məhkəmə sistemi və onun müstəqilliyidir.

2012-ci ildə indiki hakimiyyətin seçki proqramındaki mühüm məsələlərdən biri də məhkəmə sisteminin gücləndirilməsi - onun siyasi təzyiqlərdən azad edilməsi idi. Təəssüf ki, bu baş vermədi. Biz, əksinə məhkəmədə nüfuzlu qrupları əldə etdik. Bu komissiyanın yaradılması təkcə müxalifətin gündəmi deyil. Bu, ölkənin gündəmidir”.

“Gürcü Arzusu”nun üzvləri istintaq komissiyasının yaradılmasının əleyhinə çıxıblar. İrakli Kadaqişvilinin sözlərinə görə, müxalifət “PR və imic baxımından çox zədələnmiş” konkret ad və soyadlara işarə edib.

“Bu indi başlamayıb. 2012-ci ilə qədər Qvirqvliani işi məhkəmədə bəzi şəxslərin ad və soyadlarını əhatə edirdi. Bu ad və soyadın arxasında duran prosesləri daha dərindən düşünsək, Qirqvlianinin işi də buna uyğun aparılmalı olsa, parlamentədək gələrik, çünki parlament elə qanunlar qəbul etmişdi ki, məhkəmənin Qirqvlianinin işi ilə bağlı müvafiq qərarlar qəbul etmək imkanı var idi. Bunu da nəzərə alaq”.

“Gürcü Arzusu”nun bir sıra deputatları bildiriblər ki, müxalifətin istintaq komissiyası yaratmaqla məqsədi məhkəmənin müstəqilliyinə müdaxilə etməkdir.

“Bu, qəti şəkildə qəbuledilməzdir, hər şey edilməlidir ki, heç kimə tam zərərli təcrübə yaratmaq, istintaq komissiyasını məhkəmə sistemindən qisas almaq mexanizminə çevirmək imkanı verilməməsin. Bu, məhkəmə sisteminin müstəqilliyinə xələl gətirəcək”, - İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze bildirib.

Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvilinin sözlərinə görə, “Gürcü Arzusu” müxalifətin obyektiv qərar qəbul etmək məqsədi daşıdığını “Rustavi 2” telekanalının işi üzrə istintaq komissiyasının yaradılmasını tələb etsəydi hesab edərdi.

“Siz Strasburq Məhkəməsinin qərarlarının üzərini örtmək istəyirsiniz, burada bütün əsas siyasi işlərə münasibətdə onların qərəzli, siyasiləşdiyini dediyiniz halda Strasburq Məhkəməsi Gürcüstan məhkəməsinin obyektiv və ədalətli qərar qəbul etdiyini müəyyən etdi. Bütün bunlara əsaslanaraq, siz obyektiv deyilsiniz və yeganə məqsədiniz məhkəmənin suverenliyinə və müstəqilliyinə xələl gətirməkdir ki, buna icazə verilməyəcək”, - Oxanaşvili bildirib.

Çoxluğun lideri İrakli Kobaxidze müxalifəti dövlət əleyhinə hərəkətlərdə və Aİ-yə namizəd ölkə statusuna mane olmaqda ittiham edib. Onun sözlərinə görə, məhkəməyə qarşı kampaniya “çoxlu yalanlar üzərində qurulub”.

“Həqiqət budur ki, məhkəmə-hüquq sistemində vəziyyət nəinki kəskin şəkildə yaxşılaşıb, hətta bütün sistemli problemlər aradan qaldırılıb. Məhkəməyə qarşı saxta kampaniya aparıldıqda, bu, şübhəsiz ki, Avropaya inteqrasiya prosesinə ziyan vuracaq. Siz bu kampaniyanın gücləndirilməsinə yönəlmiş qətnamə layihəsi təşəbbüsü ilə çıxış etdikdə, təbii ki, siz yenə də namizəd statusuna əngəl yaratmağa çalışırsınız. Bu sizin səhviniz deyil. Bu, sizin şüurlu dövlət əleyhinə siyasi addımınızdır.

Siz məhkəməyə qarşı yalan kampaniyasını qızışdırmağa çalışaraq dövlətə qarşı çıxırsınız. Təbii ki, “Miilli Hərəkat”ın cüzi bir doza ilə belə məhkəmə sistemi üzərində nəzarətini bərpa etmək yolverilməzdir və buna heç kim yol verməyəcək; Heç kim məhkəmənin müstəqilliyinin əlindən alınmasına imkan verməyəcək; Konkret hakimlərin müstəqilliyinin əlindən alınmasına heç kim icazə verməyəcək. Bizim mövqeyimiz çox prinsipial olacaq”.

Biz siyasi hakimiyyət kimi məhkəmə sistemi ilə bağlı yalnız iki şey edə bilərik: biri qanunlar qəbul etmək, müvafiq qanunvericilik bazasını hazırlamaq, digəri isə məhkəmə hakimiyyətinin müstəqilliyini qorumaqdır. İkinci aspekti nəzərə alaraq, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması marağında irəli gələrək  konkret bir akt təklif etmək istərdik - bu, məhkəmə hakimiyyətinin müstəqilliyinə dəstək aktıdır. Bu, bizim mütləq qorunmalı olan konstitusiya prinsipimiz və gürcü hakimlərinə qarşı siyasi həmrəyliyimizin aktıdır. Biz, parlament çoxluğu olaraq, qeydiyyat prosesindən keçməmək qərarına gəldik”, - Kobaxidze bildirib.

Aprelin 5-də ABŞ Dövlət Departamenti Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixeil Çinçaladze, Tbilisi Apellyasiya Məhkəməsinin sədr müavini İrakli Şenqelia, Ali Ədliyyə Şurasının üzvü və Tbilisi Apellyasiya Məhkəməsinin ömürlük hakimi Levan Murusidzeyə sanksiya tətbiq edib. Bundan başqa, 2012-2017-ci illərdə Tbilisi Apellyasiya Məhkəməsinin sədri olmuş Valerian Tsertsvadze də sanksiyaya məruz qalanlar arasındadır. Dövlət Departamentinin məlumatına görə, qeyd olunan şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvləri kimi öz vəzifələrindən sui-istifadə edərək, qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə etimadına zərbə vurublar. Mixeil Çinçaladze, İrakli Şenqeliya, Levan Murusidze və Valerian Tsertsvadze, eləcə də onların yaxın qohumları artıq ABŞ ərazisinə daxil ola bilməyəcəklər.

 

Bu mövzu haqqında:

Bütün hakimlərə hörmətlə yanaşmalısınız, mən bunu baş nazir kimi tələb edirəm - Ğaribaşvili

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur