Amerika Birləşmiş Ştatlarının sanksiya tətbiq etdiyi hakimlərdən biri, Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının sədri İrakli Şenqelia ABŞ Dövlət Departamentinin qərarını Amerika məhkəməsinə şikayət edəcəyini açıqlayıb. Hakim əmindir ki, “həqiqət itməyəcək”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən ABŞ-ın müvafiq məhkəmə orqanına müraciət etmək və şərəf və reputasiyama qarşı yönəlmiş korrupsiya ilə məşğul olmaq kimi ən ağır ittihamla mənə tətbiq olunan görünməmiş, tamamilə əsassız sanksiya qərarına etiraz etmək üçün fəal addımlar atmağa başlayıram”.
Mən “korrupsioner” damğasını qəbul etməyəcəyəm. Mənim üçün ABŞ vizası əsas məsələ deyil, ola bilsin ki, bir daha ora getməyəm, amma əsas odur ki, ömrüm boyu öz vəzifələrimi vicdanla və bacarıqla yerinə yetirməyim nəticəsində qazandığım ləyaqət və işgüzar nüfuzumu qoruyum.
İddia ərizəmin ünvanı ABŞ məhkəməsi olduğundan, mən onun təqdim edilməsi üçün zəruri olan təşkilati məsələləri həll etdikdən sonra müəyyən müddət ərzində ərizə ora təqdim olunacaq.
Əminəm ki, həqiqət itməyəcək və pozulmuş hüquqlarımı tam bərpa edəcəyəm”, - İrakli Şenqelia deyir.
Hakim Şenqelia sosial şəbəkələrdə ona qarşı sanksiya tətbiq edilməsinə ilk dəfə aprelin 6-da anti-amerikan bəyanatlarla rəy bildirib. Onun sözlərinə görə, bugünkü vəziyyətdə nə onun, nə də ailəsinin ABŞ-a səfər etmək arzusu yoxdur, çünki “bu ölkənin indiyədək fəxr etdiyi ideallar və demokratik prinsiplər artıq praktiki olaraq mövcud deyil”. Hakimin sözlərinə görə, “ABŞ-da uşağın cinsinin 6 yaşından dəyişdirilməsi son dövrün əsas demokratik nailiyyətlərindən biri hesab olunur və sınaqdan keçirilib”, buna görə də orada “heç bir işi yoxdur”.
Aprelin 5-də ABŞ Dövlət Departamenti üç cari və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqelia və Valerian Tsertsvadze, eləcə də onların yaxın ailə üzvlərinə əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə ABŞ-a girişini qadağan edib. Departamentin izahatına görə, həmin şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə etimadına zərbə vurublar.
ABŞ Dövlət Departamentinin qərarı Gürcüstan hakimiyyəti üçün anlaşılmaz və qəbuledilməzdir. Xarici İşlər Naziri İlia Darçiaşvili dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubda sübutların təqdim edilməsini və ya qərara yenidən baxılmasını tələb edir. Darçiaşvilinin sözlərinə görə, əks təqdirdə hakimlərin sanksiya olunması “Gürcüstan dövləti və gürcü xalqı tərəfindən suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə” kimi qəbul ediləcəck.