2024-cü ilin mayın 7, 8 və 10-u qeyri-iş günlərigünləri elan edilib. Baş nazir İrakli Kobaxidze artıq hökumətin müvafiq sərəncamını imzalayıb. Dövlət xidmətlərində çalışan işçilərin məzuniyyət günləri mayın 3-dən başlayaraq mayın 13-dək, bazar ertəsinə qədər davam edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sənədə əsasən, inzibati orqana ehtiyaca uyğun olaraq, öz səlahiyyətləri daxilində fərmanla müəyyən edilmiş məzuniyyətlərin şamil olunmayacağı xidmət və işçiləri müəyyən etmək səlahiyyəti verilir.
Bundan əlavə, qərar Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, habelə dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə və Satınalmalar üzrə Mübahisələrə Nəzarət Şurasının fəaliyyətinə şamil edilmir.
Gürcüstanın Əmək Məcəlləsinə əsasən, Pasxa günləri - Mübarək Cümə, Böyük Şənbə və Bazar ertəsi, mərhumların anım günüdür. Bu il bu keçid tarixləri 3, 4 və 6 may tarixlərinə təsadüf edir. Faşizm üzərində Qələbə günü olan 9 May da qeyri-iş günüdür.
“Gürcü Arzusu” “xarici agentlər haqqında” rus qanunu təkrardan irəli sürdükdən sonra, aprelin 15-dən etibarən Tbilisidə hər gün “Avropaya hə, rus qanununa yox!” şüarı ilə aksiyalar keçirilir. On minlərlə insanın iştirak etdiyi 28 aprel nümayişi xüsusilə izdihamlı olub.