Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 27-si, İakob Qoqebaşvilinin doğum günü “Milli Müəllimlər Günü” elan edilib. Təhsil və Elm naziri Qiorqi Amilaxvarinin sözlərinə görə, cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlər hər il mükafatlandırılacaq və onlara milli müəllim mükafatı - xüsusi hazırlanmış döş nişanı və 10.000 lari məbləğində pul mükafatı təqdim ediləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazirin izahatına görə, nazirlik tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq, şagirdlərin, məktəb ictimaiyyətinin və ya ictimaiyyətin müxtəlif istiqamətlərdə inkişafında xüsusi xidmətləri olan həmin müəllimlərin hekayələri toplanacaq. Bundan sonra müxtəlif sahələrin tanınmış simalarından ibarət xüsusi yaradılmış komissiya ilin ən yaxşı müəllimlərini müəyyənləşdirəcək.
Gürcüstanda artıq 2017-ci ildə Təhsil Koalisiyası, Təhsil və Elm Nazirliyi və Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz arasında imzalanmış memorandum əsasında təsis edilmiş milli müəllim mükafatı mövcuddur. Bu təşəbbüs Gürcüstanda yeddinci dəfədir həyata keçirilir və bu, müəllimlərin populyarlaşdırılmasına yönəlmiş qlobal kampaniya - “The Global Teacher Prize”ın bir hissəsidir.