Gürcüstan hökuməti prezident Salome Zurabişvilinin aprelin 10-12-də Litvaya işgüzar səfər etməsinə icazə verməyib. Baş nazir İrakli Kobaxidze müvafiq sərəncamı aprelin 3-də imzalayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dünən prezident Zurabişvili “Gürcü Arzusu”nu son qərarlara, xüsusən də “xarici agentlər” haqqında rus qanununun irəli sürülməsi ilə əlaqədar olaraq sərt tənqid edib. O, brifinqdə bildirib ki, hakim partiya bütün istiqamətlərdə Avropaya “yox” deyib.
Salome Zurabişvili xaricə işgüzar səfərlər həyata keçirməklə bağlı hökumətdən dəfələrlə imtina cavabı alıb. Bu ilin fevralında o, hökumətin icazəsi olmadan Almaniyada, Münhen konfransında olub.
2023-cü ildə hökumət Salome Zurabişvilinin Ukrayna da daxil olmaqla ondan çox xarici səfərini bloklayıb.
Gürcüstana Avropa İttifaqında namizəd statusunun verilməsi məsələsi müzakirə olunarkən də, prezident hökumətin icazəsi olmadan Avropa liderləri ilə görüşüb. Bu səbəbdən “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze onun əleyhinə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya MəhkəməsiKonstitusiya pozuntusunu müəyyən etsə də, hakim partiya prezidentin impiçmenti üçün parlamentdə deputatların lazımi, 100 səsini toplaya bilməyib.
Vətəndaşların birbaşa seçdiyi sonuncu prezident Salome Zurabişvilinin səlahiyyət müddəti bu il başa çatır. Növbəti prezident 300 nəfərlik seçki kollegiyası tərəfindən gizli səsvermə yolu ilə beş il müddətinə seçiləcək. Kollegiyaya parlamentin deputatları, yerli hökumət üzvləri, Acara və Abxaziya muxtar respublikalarının yüksək nümayəndəlik orqanları daxildir.