Hökumət Qelatinin reabilitasiyası üçün Patriarxlığa 7,5 milyon lari ayırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan hökuməti Qelati monastır kompleksinin bərpası, yenidən qurulması və konservasiya işləri üçün Patriarxlığı əlavə 7.500.000 lari ilə maliyyələşdirəcək.

Baş nazir İrakli Kobaxidzenin sərəncamına əsasən, Maliyyə Nazirliyi 2024-cü il büdcəsində nəzərdə tutulmuş regionlarda həyata keçiriləcək layihələrin fondundan qeyd olunan məbləği Mədəni İrsin Qorunması üzrə Milli Agentliyə ayıracaq, sonra isə agentlik məbləği Gürcüstanın Pravoslav Kilsəsinə köçürəcək. 

Qelati monastır kompleksinin reabilitasiyası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib, lakin bir il əvvəl, 2023-cü ilin fevral ayının sonunda nazirlik işləri Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığına təhvil verib. Buna səbəb Patriarxlığın “Qelati Kafedralının 21-ci əsr böhranının 2015-2019-cu illərdə aparılan reabilitasiya işləri nəticəsində başladığını” və 2021-ci ildə divar rəsmlərinin ağır vəziyyətdə olduğunu qeyd etdiyi bir bəyanat paylaşması olub. Patriarxlığın bu açıqlamasından bir müddət əvvəl Qiorqi Çubinaşvili adına Gürcüstan İncəsənət, Tarixi və Abidələrin Mühafizəsi üzrə Milli Araşdırma Mərkəzi Qelati freskalarının zədələnməsi ilə bağlı tənqidi və həyəcanverici hesabat dərc edib. Hesabatda indiyədək heç kim məsuliyyətə cəlb edilməsə də, cinayət tərkibinin əlamətləri olan bir sıra faktlar müəyyən edilib.

Bu yaxınlarda Qelati monastır kompleksinin əsas məbədində divar rəsmlərinin konservasiyası işlərinə başlanılıb.

Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi dövlət büdcəsindən hər il 25 milyon lari alır. Cari ildə bu məbləğə 35 milyon əlavə edilib və İrakli Kobaxidzenin 15 mart sərəncamı əsasən, Təhsil, Elm və Gənclər Nazirliyinə ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi proqramı çərçivəsində ayrılan vəsaitdən 35 000 000 larinin 22 157 000 larisi Patriarxlığın Təhsil və Mədəniyyət tədbirlərinin İnkişafı Fonduna, 485 000 larisi isə Müqəddəs Kral adına Gimnaziyaya veriləcək. Qalan vəsait Patriarxlığın nəzdində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinə paylanacaq. 

Sosial Ədalət Mərkəzinin fqiymətləndirməsinə görə, Patriarxlığın maliyyələşdirilməsinin artırılması sekulyarizm və konstitusion bərabərlik prinsiplərinə ziddir. Bundan əlavə, qeyri-hökumət təşkilatı bildirir ki, seçki ilində alınan bu qərar “daha ​​çox siyasi məqsəd daşıyır və kilsəyə sədaqəti və son nəticədə dini hissləri səfərbər etməklə seçki dəstəyi qazanmağa hesablanıb”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur