Avqustun 3-də Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə 20 min lari veriləcək. Bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Şovidə baş vermiş faciəyə və bir neçə gün əvvəl Quriyada baş verən və üç nəfərin ölümü ilə nəticələnən faciəyə bir daha toxunmaq istərdim. Şovidə bu böyük faciədə, böyük təbii fəlakətdə 32 nəfər vətəndaşımız həlak olub. Ona görə də bu barədə müzakirə apardıq və qərara gəldik ki, mərhumun ailələrinə hər mərhuma görə iyirmi min lari məbləğində birdəfəlik pul yardımı edək”, - Ğaribaşvili qeyd edib.
Avqustun 3-də Racada Buba dağından gələn qar uçqunu Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyinə görə pilotlar əməliyyatda iştirakını dayandırıb. İndiyədək 32 cəsəd tapılıb, 1 nəfərin axtarışı davam edir. Hökumət rəsmiləri faciənin qarşısını almağın mümkün olmadığını iddia edirlər, hansı ki, bununla müstəqil ekspertlər razılaşmır. Müxalifətin bir hissəsi istintaq komissiyasının yaradılmasını tələb edir. İstintaq Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə və mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ilə bağlı 116 və 240-cı maddələri ilə aparılır.
Bu gün hökumətin iclasında baş nazir bildirib ki, Quriyada evləri dağılmış və ya yaşayış üçün yararsız vəziyyətə düşən bütün vətəndaşlar köçürüləcək: “Şübhəsiz ki, hamı köçürüləcək və bu ailələrə yeni ev veriləcək, ya biz onları alacağıq, ya tikəcəyik, ya da pul köçürəcəyik, onlar da özləri ev alacaqlar. Onların narahat olacaqları bir şey yoxdur, biz onlara hər şeydə kömək edəcəyik, problemlərini həll edəcəyik. Qalan işlər aktiv şəkildə davam etdirilir”, - Baş nazir bildirib.
Sentyabrın 8-də baş verən təbii proseslərlə əlaqədar olaraq 306 ailə Quriyada köçürülməlidir. Geoloqlar tərəfindən 643 evə baxış keçirilib. Təbii fəlakət Quriyada ikisi uşaq olmaqla 3 nəfərin həyatına son qoyub.