Hökumət yenisini tikməmiş Respublika Xəstəxanasını sökməyəcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, yeni bina tikilməyənə qədər Respublika xəstəxanasının sökülməsi aparılmayacaq. Yenidən təşkil dədayandırılacaq və xəstəxana növbəti 3 il ərzində eyni binada fəaliyyətini davam etdirəcək.

Baş nazir bildirib ki, binanın dayanıqlılığı ilə bağlı heç bir problem yoxdur, “yeni binanın tikintisi başa çatana qədər yaxın 2-3 il ərzində həll etməli olduğumuz infrastruktur məsələləri var”.

Kobaxidzenin sözlərinə görə, yeni tibb müəssisəsi xəstəxananın arxa hissəsində tikiləcək, ön hissə isə mövcud bina söküldükdən sonra investisiya üçün istifadə olunacaq.

“Bu təklif Respublika Xəstəxanasının həkimlərinin planına uyğundur. Hələ 2007-ci ildə Bidzina İvanişvili arxa hissədə yeni bina tikməyi planlaşdırmışdı, lakin siyasi səbəblərdən təəssüf ki, bu layihə həyata keçirilə bilmədi. Çox baha başa gəlir. Dövlətin marağındadır ki, yeni xəstəxananın tikintisinin qayğısına özəl sektor qalsın”, - Kobaxidze bildirib.

Baş nazir ən bahalı və kommersiya baxımından gəlirli yerlərdən biri olan Vaja Pşavela prospektində hansı investisiya layihəsinin həyata keçiriləcəyini dəqiqləşdirməyib: “Söz verirəm ki, şəhər və ölkə üçün ən optimal variant təklif olunacaq”.

Hökumət 2022-2024-cü illərdə bir neçə dəfə Respublika Xəstəxanasının sökülməsinə qərar verdiyini açıqlayıb. Son qərar bu il yanvarın 22-də qəbul olunub. Bu prosesə həkimlər cəlb olunmayıb.

Səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, bina 1960-70-ci illərdə tikilib və mövcud problemləri aradan qaldırmaq mümkün deyil.

Klinikanın əməkdaşları hökumətin bu qərarına daimi aksiyalar ilə etiraz ediblər. Respublika Xəstəxanası dövlət klinikaları arasında ən böyük multidissiplinar müəssisədir və şəhərin mərkəzi ərazisində yerləşməsi ilə seçilir.

Səhiyyə Nazirliyinin göstərişi ilə klinika rəhbərliyi işçilərə 4 təklif irəli sürüb: işdən çıxmaq müqabilində, sadəcə eyni vaxtda başqa yerdə işləməyən işçilərə 12 aylıq əmək haqqı məbləğində təzminat ödənilməsi; başqa yerdə işləyərlərsə, yalnız 4 aylıq təzminat ödənilməsi; işdən könüllü getməyənlər isə eyni vəzifədə başqa klinikada işə götürüləcək və onlara 4 aylıq təzminat ödənilməsi. Oxşar vəzifə təklif oluna bilməyənlərə isə 3 il müddətinə maaş məbləğində təzminat verəcəkdilər.

Yanvarın 30-da Respublika Xəstəxanasının həkimləri klinikanın sökülməsi qərarını məhkəməyə verərək prosesin dayandırılmasını tələb ediblər.

Səhiyyə Nazirliyinin fevralın 19-da yaydığı bəyanata əsasən, artıq 350-yə yaxın tibb işçisi və klinikanın administrasiya işçisi təklif olunan kompensasiya paketini seçib və razılaşma yolu ilə təsdiqləyib.

Respublika Xəstəxanasının həkimi Malxaz Qoqua hesab edir ki, klinikanın sökülməsi və yenidən təşkilinin bir neçə il dayandırılması qərarı ən optimal qərardır: “Biz ölkənin rifahı üçün mübarizə aparırıq. Ona görə də hesab etmirik ki, kiməsə döyüşüdə qalib gəlmişik”.

Artıq kompensasiya paketləri almış əməkdaşlara gəlincə, onların hansı formada və ümumiyyətlə, “Respublika”da işləməyə davam edə bilib-bilməyəcəkləri hələ dəqiqləşdirilməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur