Parlamentin Hüquq Məsələləri Komitəsi xarici agentlər haqqında rus qanununu üçüncü oxunuşda dəstəkləyib. Bir dəqiqə davam edən iclasda yalnız çoxluq və “Avropa Sosialistləri” qrupunun üzvləri iştirak edib. Heç kimin sualı, şərhi və ya rəyi olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təcili heç nə yoxdur... Kiminsə sualı olub və vermək imkanı olmayıb? Belə bir şey olmayıb”, - komitənin sədri Anri Oxanaşvili iclasdan sonra jurnalistlərə bildirib.
“Gürcü Arzusu” müxalifətdən olan deputatların iclas zalına daxil olmasını gözləməyib. Onlar deyirlər ki, qanunverici orqanın girişini polislər bağlayıb.
“Bizi çöldə polis yubandırdılar. Sonra mətbuatı gözlədik, jurnalistlər də daxil olmamışdı. Oxanaşvili iclası bitirəndə çoxluğun üzvləri stullarda belə oturmamışdılar. Bu, qeyri-legitim prosesdir”, - “Avropalı Optimistlər” parlament qrupunun üzvü, deputat Xatia Dekanoidze bildirib.
Müxalifət deputatları dünən axşamdan parlamentə daxil olmağa çalışsalar da, “Lelo” üzvü Ana Natsvlişvilinin dediyi kimi, onların qanunverici orqana daxil olması qeyri-qanuni olaraq qadağan edilib.
“Bu gün səhərdən də “Gürcü Arzusu”nun deputatlarını gətirmək, müxalifət nümayəndələrinə süni maneələr yaratmaq məqsədilə gücdən və “robokoplar”dan istifadə edilərək düşünülmüş siyasət aparılıb. Üçüncü oxunuş prosesi dəqiqələr ərzində tamamlanıb və məhz süni yubandırmalara görə itirdiyimiz bu dəqiqələr idi. Amma ölkədə baş verənlər fonunda hakimiyyət konstitusiya çevrilişi təşkil edirsə bu, xalqın iradəsinə zidd gedir, təbii ki, bu, artıq təəccüblü deyil. Bu, tam özbaşınalıqdır, məhz rus xarakterli özbaşınalıqdır ki, bunu qanuniləşdirmək üçün rus qanunu lazımdır”, - Natsvlişvili qeyd edib.
Hüquq Məsələləri Komitəsinin iclasına bir neçə saat qalmış Daxili İşlər Nazirliyi parlamentin girişlərini rus qanununa qarşı çıxanlardan təmizləməyə başlayıb. Polis və xüsusi təyinatlılar dinc nümayiş iştirakçılarına qarşı bibər qazından istifadə edib və bir neçə nəfəri həbs ediblər. “Gürcü Arzusu”nun deputatları polisin köməyi ilə qanunverici orqana daxil olaraq komitənin iclasından sonra eyni qaydada binanı tərk ediblər.
Rus qanunu parlamentin sabah, mayın 14-də keçiriləcək plenar iclasında üçüncü, yekun oxunuşda müzakirəyə qoyularaq və səsverməyə çıxarılacaq. Qanunun qəbulu üçün “Gürcü Arzusu”nun 76 səsə ehtiyacı var.