Gürcüstan hökumətinin fərmanına əsasən, faşizm üzərində qələbənin 78-ci ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsi iştirakçıları 1000 lari məbləğində birdəfəlik yardım əldə edəcəklər. Veteranların İşləri üzrə Dövlət Xidmətindən bildirilib ki, bu gün ölkədə 114 İkinci Dünya Müharibəsi iştirakçısı var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvləri üçün 500 larilik yardım nəzərdə tutulub. Ailə üzvlərinə Veteranlarla İş üzrə Dövlət Xidmətinin məlumat bazasında qeydiyyatda olan II Dünya Müharibəsində həlak olmuş şəxsin həyat yoldaşı və uşaqlıqdan məhdud fiziki imkanlara malik olan övladı da daxildir.
Bir dəfəlik pul yardımının verilməsini İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət qurumu, Tbilisidə qeydiyyatda olanlara üçün isə paytaxt bələdiyyəsi təmin edir. Hökumətin mətbuat xidməti ayrılan pulun ümumi məbləğinin nə qədər olduğunu açıqlamır. Ötən illərdə də birdəfəlik 1000 və 500 larilik yardım edilib.
Gürcüstan sabah, mayın 9-da faşizm üzərində qələbənin 78-ci ildönümünü qeyd edəcək. 1939-cu ildə başlayan İkinci Dünya Müharibəsi 1945-ci ildə faşist Almaniyasının silahlı qüvvələri olan “Wehrmacht”ın kapituliyasiya etməsi ilə başa çatıb. Avropada müharibə vəziyyəti 1945-ci il, mayın 8-də (Moskva vaxtı ilə 9 may), Asiyada isə Yaponiyanın kapitulyasiyasından sonra, 2 sentyabr 1945-ci ildə başa çatıb. Müharibədə 50 milyona yaxın insan həlak olub.
Nazi Almaniyası ilə Sovet İttifaqı arasında müharibə 22 iyun 1941-ci ildən davam edirdi. Gürcüstandan sovet ordusuna 700 000 çox əsgər çağırılıb, onlardan 300 000 çoxu cəbhədən sağ qayıtmayıb. İkinci Dünya Müharibəsində keçmiş Sovet İttifaqı respublikaları arasında ən çox itki faizini Gürcüstan göstərib.