İkinci Dünya Müharibəsi iştirakçılarına 2000 lari, həlak olanların ailələrinə isə 1000 lari veriləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan hökumətinin qərarına əsasən, faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsi iştirakçılarına 2000 lari, müharibədə həlak olanların ailə üzvlərinə isə 1000 lari veriləcək.

Baş nazir İrakli Kobaxidzenin imzaladığı fərmana əsasən, mayın 5-dən gec olmayaraq Veteranların İşləri üzrə Dövlət Xidməti sosial xidmətlər agentliyini Gürcüstanın bütün ərazisi üzrə, Tbilisi meriyasını isə Tbilisi bələdiyyəsində qeydiyyatdan keçmiş İkinci Dünya Müharibəsi iştirakçılarının və həlak olanların ailə üzvlərinin məlumatları ilə təmin etməlidir. 

Ötən illərdə İkinci Dünya Müharibəsi iştirakçılarına birdəfəlik yardım olaraq 1000 lari, mərhumun ailə üzvlərinə isə 500 lari verilirdi. Ailə üzvlərinə II Dünya Müharibəsində həlak olmuş şəxsin həyat yoldaşı və Veteranlarla İş üzrə Dövlət Xidmətinin məlumat bazasında qeydiyyatda olan uşaqlıqdan məhdud fiziki imkanlı uşaq daxildir.

2023-cü ilin məlumatlarına görə, Gürcüstanda 114 İkinci Dünya Müharibəsi iştirakçısı yaşayır. Veteranların İşləri üzrə Dövlət Xidmətinin məlumatına görə, əksəriyyətin yaşı bir əsrdən çoxdur. Onlardan ən yaşlısı Zestafoni bələdiyyəsinin 104 yaşlı sakini Aleksandre Buskivadzedir.

Mayın 9-da Gürcüstanda faşizm üzərində Qələbə günü qeyd olunur. İkinci Dünya Müharibəsi 1939-cu ildə başlayıb və 1945-ci ildə faşist Almaniyasının silahlı qüvvələri olan Vermaxtın təslim olması ilə başa çatıb. Müharibə vəziyyəti Avropada 1945-ci il mayın 8-də, Moskva vaxtı ilə mayın 9-da, Asiyada isə Yaponiyanın kapitulyasiyasından sonra 2 sentyabr 1945-ci ildə başa çatıb. Müharibədə 50 milyona yaxın insan həlak olub. Gürcüstandan sovet ordusuna 700 mindən çox əsgər çağırılıb, onlardan 300 mindən çoxu cəbhədən sağ qayıtmayıb. İkinci Dünya Müharibəsində keçmiş Sovet İttifaqı respublikaları arasında ən çox itki verən Gürcüstan olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur