Gürcüstanın katolikos-patriarxı İkinci İliya noyabrın 20-də 76 yaşı tamam olan Rus Pravoslav Kilsəsinin rəhbərini ad günü münasibətilə təbrik edib. Təbrikin mətni Rusiya Patriarxlığı tərəfindən yayılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Zatıaliləri! Məsih kimi məhəbbətlə, sizi doğum gününüz münasibətilə təbrik edirəm! Bu çətin anlarda sizə cansağlığı və bütün yaxşılıqlar arzulayıram.
Arzu edirəm ki, sizin və birgə səylərinizlə Rusiya ilə Ukrayna arasında, dövlətlərimiz arasında ədalət və sülh mümkün qədər tez bərpa olunsun.
Tanrı sizi və sürülərinizi qorusun! Məsih kimi məhəbbətlə, bütün Gürcüstanın katolikos-patriarxı II İliya”, - məktubda deyilir.
Fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya Patriarxı öz xütbəsi zamanı prezident Vladimir Putinin başladığı qondarma xüsusi hərbi əməliyyat kampaniyasını dəfələrlə dəstəkləyib. O bildirib ki, Rusiya heç vaxt heç kimə hücum etməyib və “yalnız öz sərhədlərini qoruyub”.
O, sentyabrın 25-də etdiyi xütbədə bildirib ki, pravoslav kilsəsi and içən hərbi qulluqçuların günahlarının bağışlanmasına inanır.
Rusiya Patriarxı Böyük Britaniya və Kanada hökumətləri tərəfindən Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə sanksiyaya məruz qalıb. Avropa Birliyi də ona sanksiya tətbiq etmək niyyətində idi, lakin Macarıstanın etirazı ilə Moskvanın və Bütün Rusiyanın 16-cı Patriarxının (Vladimir Qundiaev) adı və soyadı altıncı sanksiyalar paketinə daxil edilməyib. Bundan əlavə, noyabrın 16-da Kirill “görünməmiş bir qərarın qəbul edildiyini: Patriarxın Avropa İttifaqı ərazisinə buraxılmaması” barədə məlumat verib. Kirilin sözlərinə görə, hətta soyuq müharibə dövründə belə bir şey olmayıb.
Patriarx Kirill Gürcüstanın işğal olunmuş ərazilərinin - Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliyini tanıyır. Bundan əlavə, o, tam titulu ilə II İlyaya istinad etmir - Biçvinta və Tsxum-Abxaziyanın mitropoliti deyə.