Baş Nazir İrakli Qaribaşvili deyir ki, Gürcüstan son illərdə “Gürcü arzusu” hökumətinin yürütdüyü milli və ağlabatan siyasət nəticəsində bir çox nəzərə çarpan uğurlar əldə edib. Bu barədə Qaribaşvili Müstəqillik Günündə çıxışı zamanı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qanunun aliliyinin və demokratiyanın, iqtisadi tərəqqinin və sosial ədalətin təmin edilməsi, dövlət institutlarının qurulması və ictimai institutların gücləndirilməsi istiqamətində də apardığımız genişmiqyaslı islahatlar haqlı olaraq bütün dünyada qərəzsiz, obyektiv qiymətləndiricilərin tanınmasına layiqdir.
Avrointeqrasiya yolunda əldə etdiyimiz uğur xüsusilə heyranedicidir. Mən fəxr edirəm ki, Baş nazir olduğum müddətdə Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamaq şərəfinə nail olmuşam. Nəticədə Gürcüstan bu gün Avropa İttifaqı ilə azad ticarət və vizasız gediş-gəlişdən istifadə edir. Keçən il biz Avropa İttifaqına üzvlük üçün müraciət etdik və Avropa İttifaqından Avropa perspektivi aldıq, bu, həqiqətən də tarixi qərar idi. Bütün bunlar hökumətimizin son on ildə gördüyü işlərin nəticəsidir, bu, bizim nailiyyətimizdir, lakin biz bundan sonra da səylərimizi əsirgəməyəcəyik ki, ölkənin ilin sonunda namizəd statusu alsın və bu, Avropa İttifaqına inteqrasiyanın yeni mərhələsini açacaq.
Bugünkü ən çətin geosiyasi vəziyyətdə biz gürcü hökuməti və gürcü xalqı Avropadan yeganə düzgün və ədalətli qərar, Gürcüstanın çoxəsrlik istəklərinin, hökumətimizin və xalqımızın birgə səylərinin tanınmasını gözləyirik”, - Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Avropa tərəfindən “ədalətli şəkildə tanınması” ölkədə qütbləşmənin aradan qaldırılmasına, sülhün və sabitliyin möhkəmlənməsinə, ölkənin gələcək tərəqqisinə töhfə verəcək tarixi addım olacaq.
İrakli Qaribaşvili çıxışı zamanı qeyd edib ki, azad Gürcüstan quruculuğu müstəqillik əldə etməklə başlayıb, “baxmayaraq ki, müstəqillikdən azadlığa hələ gediləsi yol var”. Baş nazirin sözlərinə görə, müstəqillik başqalarından azad olmaq, azadlıq isə daxili və xarici siyasəti yalnız öz xalqının mənafeyinə uyğun həyata keçirən suveren dövlət deməkdir.
Baş nazirinin çıxışı prezidentin çıxışından fərqli idi. Salome Zurabişvilinin sözlərinə görə, hökumət yeni nəslin Avropa gələcəyini məhv edir və ölkənin Avropaya inteqrasiyası ilə bağlı xalqa verdiyi vədi yerinə yetirmir.