“İmedi”, “Rustavi 2”, “PosTv”Nİn reklam gəlirləri artıb, “Mtavari Arxi”ninki isə azalıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rabitə Komissiyasının məlumatına görə, 2023-cü ilin üçüncü rübündə televiziya və radio yayımçılarının ümumi kommersiya reklamı gəlirləri 19,9 milyon lari təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.

2023-cü ilin III rübündə “Tele İmedi” televiziya kommersiya reklamı gəlirlərində ən böyük paya sahib olub, onun gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon lari artaraq 6,3 milyon təşkil edib. “Rustavi 2”nin (Media Holdinq) kommersiya gəliri də 1,1 milyon lari artaraq 2,6 milyona bərabər olub. “Mtavari Arxi”yə gəlincə, ötən ilin III rübü ilə müqayisədə onun gəlirləri 0,2 milyon azalaraq 1,9 milyon təşkil edib. 2023-cü ilin III rübündə kommersiya gəliri 1,9 milyon lari olan  “PosTv” 0,5 milyon daha çox əldə edib. “Formula” teleşirkətinin reklam gəlirləri 0,4 milyon artaraq 1,3 milyon lariyə bərabər olub. Gəlirləri 1,2 milyon lari təşkil edən “Pirveli Televiziya Şirkəti” 0,1 milyon lari daha çox əldə edib. “G-D-S TV”nin gəliri 0,2 milyon lari artaraq 0,7 milyona bərabər olub. “BMG” 0,1 milyon lari az əldə edib və 2023-cü ilin 3-cü rübündə onun gəliri 0,7 milyon təşkil edib. “İctimai Yayımçı” isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 milyon çox, yəni 0,5 milyon lari əldə edib. “Palitranius”un gəliri 0,07 milyon lari artaraq 0,1 milyon lari təşkil edib. Digər yayımçılar ümumilikdə 1,1 milyon lari reklam gəliri əldə ediblər.

2023-cü ilin 3-cü rübündə ödənişi 100-500 min lari arasında dəyişən “Tele İmedi”dən reklam sifariş edən on şirkət aşağıdakılardır: “Diplomat Gürcüstan”; “Coca-Cola Bottlers Georgia”; “Sloboda”; “PSP Pharma”; “IdS Borjomi Tbilisi”; “Tskali Margebeli”; “Smart Capital Consulting MMC”; “Georgian Distribution - Marketing Company”; “Colgate Palmolive” və “Archi Promotion”.

“Mtavari Arxi”yə reklam üçün 7-500 min lari diapazonunda “Coca-Cola Bottlers Georgia”, “PSP Pharma”; “Visol”, “Diplomat Georgia”, “Tskali Margebeli”, “Aversi Pharma”, “GM Pharmaceuticals”, “Selfie Mobile”, “Wim Bill Dan Georgia” və “McDonald's” ödəyib.

“Formula” teleşirkətinə reklam üçün aşağıdaki şirkətlər 7 ilə 500 min lari arasında pul ödəyib: “Coca-Cola Bottles Georgia”, “PSP Pharma”, “TBC Bank”, “C Corporation22 LLC”, “Tegeta Motors”, “Aversi” -Pharma”, “Çin Tibb Mərkəzi”, “K. Eristavi adına Milli Eksperiment Kliniki Cərrahiyyə Mərkəzi”, “Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının Tbilisi filialı” və “Diplomat Georgia”.

“PosTv” məsələsində ödənişli məbləği 7 ilə 500 min arasında dəyişən ilk 10 reklam sifarişçisi “Kavea”, “Caucasus Auto Service”, “Tiflis Pub”, “Stereo+”, “Republica”, “Rdzisame”dir., “Falavani”, “Visol”, həmçinin “Qalfi” və “Diplomat Georgia” olub.

Radio yayımçılarına gəlincə, 2023-cü ilin üçüncü rübündə onların reklam gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 1,7 milyon lari təşkil edib ki, bunun da 90%-dən çoxunu birbaşa reklam, 9%-dən çoxunu isə sponsorluq təşkil edib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur