İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru, immunoloq Tengiz Tsertsvadze 76 yaşında vəfat edib. Bu məlumatı mərhumun yaxınları ictimai yayımçıya təsdiqləyiblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tibb elmləri doktoru, professor Tengiz Tsertsvadze 2020-ci ildə koronavirusla mübarizə prosesində iştirak edib. Pandemiyanın başlanğıcında BBC Tengiz Tsertsvadzeni, Xəstəliklərə Nəzarət Mərkəzinin o vaxtkı rəhbəri Amiran Qamkrelidze və onun müavini Paata İmnadzeni “COVID-19” ilə uğurla mübarizə aparan “üç muşketyor”la müqayisə etmişdi.
Tengiz Tsertsvadze Nyu-York Elmlər Akademiyasının üzvü, Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin üzvü, Hepatit C-nin aradan qaldırılması üzrə dövlət proqramının əsas təşəbbüskarlarından biri, “Şərəf” ordeni və prezident ordenləri ilə təltif edilimiş elm adamı idi. 2020-ci ildə pandemiya ilə mübarizə aparan səkkiz həkimlə birlikdə o, Tbilisinin fəxri vətəndaşı adına layiq görülmüşdü.