Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iyunun 14-də, Brüsseldə, Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Brüsselə xoş gəlmisiniz, Baş nazir İrakli Ğaribaşvili. Tarixi Avropa perspektivi ilə sizin nəsillər boyu Gürcüstanın yeni trayektoriyasını cızmaq imkanınız var. Sistemli islahatlara, inklüzivliyə və şəffaflığa indi həmişəkindən daha çox ehtiyac var. Gürcü xalqı üçün”, - Şarl Mişel görüşdən sonra Twitter-də yazıb.
İrakli Ğaribaşvili də Twitter-də şərh dərc edib. Onun sözlərinə görə, Şarl Mişel vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqına can atması heç vaxt indiki qədər sarsılmaz olmayıb: “Ümid edirik ki, Avropa Şurası daha bir tarixi qərar verəcək və Gürcüstana Avropa İttifaqına namizəd statusu verəcək. Mən prezident Mişelə Gürcüstanın Avropa gələcəyinə verdiyi şəxsi dəstəyə görə təşəkkür etmək istəyirəm”.
Brüsselə səfəri çərçivəsində İrakli Ğaribaşvili Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhei ilə də görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə Ğaribaşvili Varheiyə “Gürcüstanın Avropa Komissiyasının 12 prioritetini həyata keçirməsinin müsbət dinamikası və dövlətin Avropa İttifaqının tövsiyələrini tam yerinə yetirmək üçün göstərdiyi səylər” barədə ətraflı məlumat verib. Gürcüstanın baş naziri diqqəti ölkənin Avropa perspektivinin tanınması ilə bağlı tarixi qərara yönəldib və ilin sonunda Gürcüstana namizəd ölkə statusunun verilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Oliver Varhei özü Twitter-də yazır ki, İrakli }aribaşvili ilə müzakirənin əsas mövzusu Aİ-nin Gürcüstanın islahatlar yönündə səylərinə dəstəyi olub. Avropa Komissarının qeyd etdiyi kimi, o, Gürcüstanın baş nazirini 12 prioritetin həyata keçirilməsini sürətləndirməyə çağırıb ki, Gürcüstan Avropa İttifaqına gedən yolda irəliləsin.